Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Rusiya Federasiyasının 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstanın zərər çəkmiş 24 min vətəndaşının xeyrinə 129 827 500 avro təzminat ödəməsinə qərar verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Böyük Palata 21 yanvar 2021-ci ildə “Gürcüstan Rusiyaya qarşı (II)” işi üzrə əsas qərarı elan edib və bu gün ədalətli kompensasiya məsələsinə yekdilliklə qərar verib.
Məhkəmənin qərarına əsasən, Rusiya üç ay ərzində Gürcüstan hökumətinə ödəməlidir:
- 3 250 000 avro Cənubi Osetiyanın və “bufer zonanın” gürcü kəndlərində mülki əhalinin qətlə yetirilməsinin inzibati praktikasının və Rusiya hökumətinin bu qətlləri adekvat və effektiv şəkildə araşdıra bilməməsinin qurbanı, ən azı 50 nəfərə dəymiş qeyri-maddi ziyana görə;
- 2 697 500 avro 2008-ci il avqustun 10-dan avqustun 27-dək Cxinvalidə hücuma məruz qalan və qondarma Cənubi Osetiya Daxili İşlər Nazirliyinin zirzəmisində saxlanılan ən azı 166 nəfərə dəyən qeyri-maddi ziyana görə;
- 640 000 avro 8-17 avqust 2008-ci il tarixləri arasında Cxinvalidə ən azı 16 qurbana dəymiş qeyri-maddi ziyana görə. Söhbət gürcü hərbi əsirlərinə işgəncə verilməsindən gedir;
- 115,00,000 avro işğal olunmuş Cxinvali bölgəsində və Abxaziyada ən azı 23 000 qurbanın öz evlərinə qayıtmasının qarşısının alınması ilə əlaqədar onlara dəymiş qeyri-maddi ziyana görə.
- 8,240,000 avro Rusiyanın hərbi əməliyyatların aktiv mərhələsində ölüm hallarının adekvat və effektiv şəkildə araşdırılması ilə bağlı öz prosessual öhdəliyini yerinə yetirməməsi səbəbindən ən azı 412 qurbana dəymiş qeyri-maddi ziyana görə.
Strasburq məhkəməsi qeyd edir ki, Rusiya Federasiyasının Avropa Şurasından çıxmasına və hökumətinin məhkəmə ilə əməkdaşlıq etməməsinə baxmayaraq, onun ədalətli kompensasiya məsələsinə baxmaq səlahiyyəti var idi.
Rusiya hökuməti hələlik qərarı şərh etməyib. Ukraynaya hücumdan və genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya Dövlət Duması Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmaq haqqında qanunlar qəbul edib. Rusiya məhkəmənin 2022-ci il martın 15-dən sonra qüvvəyə minmiş qərarlarını yerinə yetirməkdən imtina edir.
2021-ci il yanvarın 21-də Strasburq Məhkəməsinin 17 hakimdən ibarət Böyük Palatası müəyyən edib ki, Rusiya avqust müharibəsi zamanı Cxinvali bölgəsi üzərində effektiv nəzarət həyata keçirib və buna görə də Gürcüstan əhalisinin hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır. Qeyd olunan qanun pozuntuları arasında gürcü kəndlərində mülki əhalinin öldürülməsi, evlərin yandırılması və talan edilməsi də var. Məhkəmə izah edib ki, zərərçəkmişlərə qarşı edilən hərəkətlər qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilir və onlar etnik mənsubiyyətlərinə görə bu hərəkətə məruz qalıblar.