Avropa İttifaqı Modlova və Gürcüstanın müdafiə sektorunda milli təhlükəsizliyin, sabitliyin və dayanıqlığın gücləndirilməsinə kömək etməyə davam edəcək. Avropa İttifaqı Şurası bu gün Avropa Sülh Fondu (EPF) çərçivəsində daha bir yardım paketini təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstana ayrılan 30 milyon avro 36 aylıq dövrü əhatə edəcək və Gürcüstan Müdafiə Qüvvələrinin bölmələri üçün qeyri-öldürücü avadanlıq, ləvazimat və texniki təlimlər də daxil olmaqla bir sıra xidmətlərin alınmasını maliyyələşdirəcək. Qeyri-öldürücü avadanlıqlara mühəndislik, komanda və idarəetmə, tibbi, logistika və kibermüdafiə avadanlıqları daxildir.
Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir ki, Gürcüstan yardımı 2023-cü il fevralın 8-də istəyib. Bu, 2022-ci ilin dekabrında təsdiq edilmiş 20 milyonluq yardım paketinə və 2021-ci ilin dekabrında təsdiq edilmiş 12,75 milyonluq yardım paketinə əlavə ediləcək üçüncü paketdir.
Moldovaya gəlincə, o, yardım kimi 40 milyon avro alacaq.
“Biz Moldova Respublikası və Gürcüstan silahlı qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik. Bu mürəkkəb geosiyasi kontekstdə və onların Avropa istəklərinə uyğun olaraq, biz onlara müdafiə sektorlarını gücləndirməkdə və Aİ-nin hərbi missiyalarında və əməliyyatlarında iştirak etmək imkanlarını artırmaqda kömək edirik.
Bu, “EPF” çərçivəsində hər iki ölkə üçün üçüncü yardım paketidir və bu, Aİ-nin regionun təhlükəsizliyi və sabitliyinə sarsılmaz sadiqliyini açıq şəkildə vurğulayır”, - Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib.
Avropa Sülhməramlı İnstrumenti 2021-ci ildə yaradılıb və Aİ-yə üzv olmayan ölkələrə, regional və beynəlxalq təşkilatlara hərbi və müdafiə məsələləri ilə bağlı imkanlarını gücləndirmək imkanı verir. Yardım alanlar arasında Ukrayna, Afrika İttifaqı, Nigeriya, Mozambik, Mali və Bosniya və Herseqovina da var.