Avropa İttifaqı Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Rusiya ilə əlaqəsi olduğu üçün onun Aİ ərazisində uçuşlarına qadağa qoyub. Təbliğatçı Rusiya mediası yazır ki, qadağadan sonra aviaşirkət standart marşrutunu dəyişməli olub və şənbə günü Minsk-İstanbul reysini Rusiya, Qazaxıstan və Gürcüstan üzərindən həyata keçirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aero Telegraph”ın məlumatına görə, Finlandiyanın aviasiya qurumu araşdırma nəticəsində müəyyən edib ki, Antalyada yerləşən aviaşirkətin böyük hissəsi Türkiyədə deyil, Rusiyadadır və faktiki olaraq oradan idarə olunur. Bu səbəbdən martın 25-dən Finlandiya “Southwind Airlines” aviaşirkətinə Antalyadan Helsinkiyə uçmağa icazə verməyib. Martın 28-də artıq Brüsseldə qərar qəbul edilib, belə ki, “Southwind Airlines”a [rəsmi adı – Cortex Aviation and Tourism Trade] 833/2014 saylı tənzimləməyə əsasən Avropa İttifaqının ərazisində havaya qalxmaq, uçmaq və eniş etmək qadağan edilib. Bu tənzimləmə 2014-cü ilin iyul ayından qüvvədədir və Ukraynaya qarşı təcavüzə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tənzimləyir.
Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, sanksiyaya kimi “Southwind Airlines” Almaniyanın şəhərlərinə - Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqarta, həmçinin Yunanıstanın Heraklion şəhərlərinə uçuşlar həyata keçirməyi planlayırdı.
Hazırda Türkiyədən Rusiya və Belarusa uçuşlar davam edir, ancaq “Southwind Airlines” aviaşirkətinin təyyarələri Qara dəniz üzərində uçur və artıq Avropa İttifaqının ərazisinə daxil olmur.
Rusiyanın dövlət xəbər agentliyi TASS xəbər verir ki, sanksiyalara görə, normal olaraq Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstandan keçən Minsk-İstanbul reysi martın 30-da Rusiya, Qazaxıstan və Gürcüstandan keçmək məcburiyyətində qalıb. Yeni marşrutun yerinə yetirilməsi 3,5 saat əvəzinə 5,5 saatdan çox vaxt apardı.
“Southwind Airlines” 2022-ci ildə Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsinin başlamasından qısa müddət sonra, ehtimal ki, sanksiyalardan yayınmaq üçün Antalyada yaradılmışdı. Məqsədi Türkiyə ilə Rusiya arasında turist daşımaq idi. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, bütün təyyarələr və aviaşirkətdəki işçilərin əksəriyyəti Rusiyanın “Nordwind” aviaşirkətindən köçürülüb.
Gürcüstanda fəaliyyətə avqust 2022-ci ildə başlayan aviaşirkət Tbilisidən Antalyaya çarter reysləri həyata keçirirdi.
Avropa İttifaqı 27 fevral 2022-ci il tarixindən etibarən hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Ukraynada müharibə başlayandan sonra aviasiya sahəsində tətbiq edilən bu sanksiyaya Gürcüstan qoşulmayıb. Bununla belə, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar 2023-cü ildə bərpa edilib.