Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandaki böhran üzrə xüsusi nümayəndəsi, Cenevrədəki beynəlxalq müzakirələrin həmsədri, işğal olunmuş Tsxinvalidə olan Toivo Klaar Cənubi Osetiyanın de-fakto hakimiyyətini qondarma sərhəddəki keçid məntəqələrinin işinin yenilənməsini və işğal xəttinə yaxın yaşayan əhalinin keçişinin sadələşdirilməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz sərhəd pozuntularının qarşısını necə almaq, eləcə də sərhədi keçmək üçün daha geniş imkanlar yaratmaq barədə düşünməliyik. Biz Cenevrə müzakirələri iştirakçılarının sərhədin hər iki tərəfindəki insanların həyatının yaxşılaşdırılmasına daha çox vaxt ayırmasını istəyirik. Ayırıcı xətlər adətən insanların kilsələrə, qəbiristanlıqlara, kənd təsərrüfatı torpaqlarına getməsinə mane olur. Biz Cənubi Osetiyanın keçid məntəqələrinin sayı və sərhədi keçmək asanlığı baxımından “Covid”dən əvvəlki dövrə qayıtmasını istəyirik”, - Klaar bildirib.
Cenevrə danışıqlarının həmsədrləri aprelin 4-5-nə planlaşdırılan danışıqların növbəti raundunun gündəliyini müzakirə etmək üçün Tsxinvaliyə gəliblər. Nümayəndə heyətinə BMT-dən Cihan Sultanoğlu, Avropa İttifaqından Toivo Klaar və ATƏT-dən Viorel Moşanu daxil idi.
2019-cu ilin sentyabrında Cənubi Osetiyanın de-fakto hakimiyyəti Axalqori istiqamətində yerləşən qondarma sərhəd keçid məntəqəsi “Razdaxan”ı (Odzii) bağlayıb, buna səbəb kimi o vaxtkı de-fakto prezident Anatoli Bibilov Xaşuri bələdiyyəsinin Çorçana kəndində polis postunun yerləşdirilməsini göstərib. De-fakto hökumət gürcü postunun işğal olunmuş ərazidə, Tsnelisi (Uista) kəndində yerləşdiyini iddia edir və hələ də onun çıxarılmasını tələb edir. 2022-ci ilin avqustunda özünü müstəqil elan etmiş respublikanın Təhlükəsizlik Şurası işğal xəttinə yaxın ərazidə yaşayan əhaliyə sərhəddi “Razdaxan” və “Pereu” (Perevi) keçidi ilə hər ayın 20-dən 30-a kimi olan müddətdə keçməyə icazə verir.