Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin sözlərinə görə, Avropa İttifaqında kiminsə Gürcüstanı müharibəyə cəlb etmək istəməsi barədə bəyanatlar dezinformasiya və təbliğatdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan əlaqəli üçlükdən çıxarıldıqda, daha doğrusu, Ukrayna və Moldovadan daha az Avropa perspektivi əldə etdikdə, bundan sonra Gürcüstanda qərbyönlü aksiyalar oldu. Hakimiyyət aksiya iştirakçılarını gözdən salmağa çalışırdı. Bundan sonra rus qanunu deyilən qanun layihəsi də var idi, həm də Qərb tərəfdaşlarımızı müharibəyə qoşmaq cəhdində ittiham edən davamlı hücumlar, eləcə də Rusiya ilə birbaşa aviareyslərin açılması, sanksiya tətbiq edilən şəxslərin Gürcüstana daxil olması və prezidentin impiçmenti məsələsi”, – jurnalist Cozef Borelə müraciət edib.
Siz, “İkinci cəbhə”nin açılmasına məsələsi barədə soruşursunuz. Bunun cavabı sadədir: səs-küy. Bu səs-küydür, təbliğatdır, dezinformasiyadır.
Avropa İttifaqında kiminsə Gürcüstanda müharibə istədiyini düşünməsi dəlilik olardı. Dinləməyin. Çox təəssüf edirəm ki, problem yaratdığı üçün belə yalan şayiələr yayılır. Bütün bunlar xalqı zəhərləmək, mesajları ləkələmək, ölkədə inamsızlıq yaratmaq üçün edilir.
Rusiya təbliğatı çox güclüdür və bu istiqamətdə özlərini bütün dünyada göstəriblər.
Bəli, Gürcüstanın uyğunluq göstəricisi o qədər də yüksək deyil, bu istiqamət assosiasiya sazişində qeyd olunub. Baş nazirlə bu barədə söhbətimiz oldu və nəzakətlə Xarici İşlər Nazirliyinə bildirdik. Bu məsələdə göstərici yaxşılaşdırılmalıdır. Biz etiraf edirik ki, Gürcüstan sanksiyalardan yayınmağa qarşı mübarizədə yaxşı işlər görür. Bunu qəti şəkildə izah etmək və qeyd etmək lazımdır, lakin xarici siyasət bizim siyasətimizə uyğun olmalıdır, bu, bütün ölkələrin tələbidir”, - Borel Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə brifinqdə bildirib.