Qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Oliver Varhey bildirir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze onların telefon danışığının müəyyən hissəsini tamamilə kontekstdən kənar şəkildə yayıb. Söhbət İrakli Kobaxidzenin Avropa komissarlarından birinin onu Slovakiyanın baş naziri Robert Fitsonun taleyini bölüşməklə hədələdiyini bildirdiyi bəyanatından gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropanın Qonşuluq Siyasəti və Genişlənmə üzrə məsul Avropa komissarı kimi mən portfelimə daxil olan ölkələrin hökumətlərinin nümayəndələri ilə müntəzəm əlaqə saxlayıram, çünki birbaşa siyasi fikir mübadiləsi üçün kommunikasiya kanalları həmişə açıq olmalıdır.
Gürcüstandakı hazırkı siyasi vəziyyətdə mən çox səy göstərmişəm ki, Gürcüstanın siyasi rəhbərliyi xarici təsirin şəffaflığı haqqında qanunun qəbulundan imtina etsin, çünki bu, Gürcüstanın Avropa İttifaqına gedən yolunu sarsıda bilər.
Gürcüstan cəmiyyətinin çox dəqiq avropapərəst əhval-ruhiyyəsini yaxşı bildiyimə görə, telefon danışığım zamanı baş nazirin diqqətini bu qanunun qəbulu ilə onsuz da kövrək olan vəziyyəti gərginləşdirməməyin vacibliyinə cəlb etməyi vacib bildim ki, bu daha da qütbləşməyə və Tbilisi küçələrində mümkün nəzarətsiz vəziyyətlərə gətirib çıxaracaq. Bu baxımdan cəmiyyətdə belə yüksək qütbləşmənin bizi hətta Avropada belə hara apara biləcəyinə misal və göstərici kimi Slovakiyada baş vermiş son faciəli hadisə göstərilib.
Yenə də təəssüflənirəm ki, telefon danışığımın bir hissəsi nəinki tamamilə kontekstdən çıxarılıb, hətta, telefon danışığımın ilkin məqsədinin tamamilə yanlış şərh olunmasına səbəb ola biləcək şəkildə ictimaiyyətə təqdim edilib.
Mən bir daha Gürcüstan hökumətini bu qanunu qəbul etməməyə çağırıram. Bunu Gürcüstanın bəyan olunmuş və hörmətli dostu kimi xahiş edirəm. Mən Avropanın gələcəyi üçün işləməyə davam edən gürcüləri dəstəkləməyə davam edirəm”, - Macarıstan nümayəndəsi olan Avropa komissarı Varhey izah edir.
Gürcüstanın baş naziri “xarici agentlər” haqqında rus qanunu ilə bağlı “bir sıra” yüksək rütbəli xarici siyasətçilərin “uzunmüddətli şantajı” fonunda belə, Aİ komissarlarından biri ilə telefon danışığında edilən hədənin heyrətləndirici olduğunu bildirib. Kobaxidze onu hansı Avropa komissarının “hədələdiyini” aydınlaşdırmayıb.
“Xüsusilə, Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin şəffaflıq qanununa vetonu aşdıqdan sonra həyata keçirə biləcəkləri bir sıra tədbirləri sadaladı və bu tədbirləri sadalayarkən qeyd etdi: “Fitsonu başına nə gəldiyini gördünüz və çox diqqətli olmalısınız”. Şəffaflıq haqqında qanunla bağlı şantaj kontekstində bir neçə gün əvvəl terror hücumuna məruz qalmış və hazırda müalicə alan Slovakiyanın baş nazirinin adını çəkdikdə, bu, bizim üçün son dərəcə təşviş doğurucudur”, - Kobaxidze bildirib və əlavə edib ki, “ilkin məlumatlara görə” Fitsoya hücumun arxasında “qlobal müharibə partiyası ilə xüsusilə sıx əlaqəli olan ölkənin xüsusi xidmət orqanlarından birinin izləri” aşkar edilib.
Bu, avropalı tərəfdaşların Gürcüstan hakimiyyətinin nümayəndələrini yanlış məlumat yaymaqda ifşa etdikləri ilk hal deyil. Bir neçə gün əvvəl Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin iclasda hakim partiyanın Avropalı həmkarları dinləməyib Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək və Mixail Saakaşvilini azad etməməklə düzgün etdiyi barədə razılaşdıqlarını təkzib ediblər.