Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarına rəsmi olaraq başlamaq üçün lazım olan bütün meyarlara cavab verir. Bu barədə bu gün Avropa Komissiyasının Genişlənmə Məsələləri üzrə sözçüsü Ana Pisonero məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz inanırıq ki, iki ölkə tərəfindən bütün addımlar atılıb. Artıq qərar üzv dövlətlərin əlindədir. Onlar danışıqlar çərçivəsini qəbul etməlidirlər. Bu addımı atdıqdan sonra danışıqların başlanmasını rəsmən qeyd etmək üçün hökumətlərarası konfransın çağırılması Avropa Şurası Sədrliyinin səlahiyyətindədir”, - Pisonero bildirib.
Onun sözlərinə görə, Ukrayna korrupsiyaya qarşı mübarizə, lobbiçilik, məmurların gəlirlərinin şəffaflığı və milli azlıqların hüquqları kimi sahələrdə meyarlara cavab verib.
“Biz Avropaya inteqrasiya yolunda tərəqqimizin müsbət qiymətləndirilməsinə görə minnətdarıq. Avropa Komissiyasının rəyində deyilir ki, Ukrayna Avropa İttifaqına üzv olmaq üçün sistemli səylərini davam etdirir və bütün dörd əlavə islahatı başa çatdırıb.
İndi biz avropalı tərəfdaşlarımızın növbəti addımı atacağını, yəni Aİ-yə üzvlüklə bağlı danışıqlara bu ayın əvvəlində başlamasını gözləyirik. Rus təcavüzkarına qarşı müharibədə Ukrayna xalqı hər gün Avropa ailəsinin bir hissəsi olmaq hüququ uğrunda mübarizə aparır”, - deyə Ukraynanın baş naziri Denis Şmiqal bildirib.
“Financial Times” qəzeti bu gün bu mövzuda dərc olunan məqaləsində mənbəyə istinadən yazır ki, Brüsselin xəbərdarlıqlarına baxmayaraq, Gürcüstan “xarici agentlər” haqqında qanunu təsdiqlədiyinə görə “yaşıl işıq” əldə edə bilməyib.
Ukrayna və Moldovanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqların Macarıstanın iyuldan altı ay müddətinə Avropa Şurasına sədrlik etməsindən əvvəl, çox güman ki, iyun ayında başlanacaq.
Avropa Şurası ötən ilin dekabrında namizəd ölkələr - Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasını dəstəkləyib və hökumətin 9 istiqamətdə addımlar atacağı qeyd-şərti ilə Gürcüstana namizəd statusu verib.
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer hakimiyyətə xəbərdarlıq edib ki, rus qanunu qəbul olunarsa, Almaniya Gürcüstanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcək.