2023-cü ilin sonundan Avropa ölkələrinə səyahət qaydaları dəyişəcək. Vizadan azad olan 60-dan çox ölkənin təxminən 1,4 milyard vətəndaşı Şengen zonasına səyahət etmək üçün icazə almalıdır. Ərizə əvvəlcədən elektron şəkildə doldurulmalıdır və onun qiyməti 7 avro təşkil edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Səyahət Məlumatı və Avtorizasiya Sisteminin (ETIAS) məqsədi ziyarətçiləri əvvəlcədən yoxlayaraq təhlükəsizliyi artırmaqdır. ETIAS viza deyildir.
Prosedura görə, səyahətçi ərizəni doldurarkən aşağıdakı məlumatları təqdim etməlidir:
- Ad, soyad, doğum tarixi və yeri, milliyyəti, yaşayış ünvanı, valideynlərin adları, e-poçt və telefon nömrəsi;
- səyahət sənədinin təfərrüatları;
- Təhsil səviyyəsinin və cari peşəsinin təfərrüatları;
- Səyahətin və Avropa ölkəsində qalma təfərrüatları;
- Məhkum olmusunuzmu və ya müharibə və ya münaqişə zonalarına getmisinizmi? Sizə hansısa ölkənin ərazisini tərk etmək əmri verilibmi?
Ərizəni başqa şəxs doldurarsa, o, şəxsiyyətini, əlaqə məlumatlarını, təşkilatın və ya firmanın (əgər varsa) təfərrüatlarını, habelə sizinlə əlaqəsi haqqında məlumatları göstərməyə borcludur. 18 yaşına çatmamış şəxslərin ərizəsi valideyn və ya qəyyum tərəfindən doldurulmalıdır.
18 yaşına çatmamış və ya 70 yaşdan yuxarı olan ərizəçilər ödənişdən azaddırlar. Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri də bu məbləği ödəməli olmayacaqlar.
Ərizələrin əksəriyyəti təqdim edildikdən sonra bir neçə dəqiqə ərzində işlənir, lakin bəzilərinin işlənməsi daha uzun çəkə bilər. Bu halda, ərizəçiyə dörd gün ərzində qərar göndəriləcək. Əlavə məlumat və ya sənədlərin təqdim edilməsi zəruri olduqda bu müddət 14 gün, müstəsna hallarda isə 30 gün uzadıla bilər. Belə çıxır ki, bilet almadan və ya yaşayış yeri rezervasiya etməzdən əvvəl ərizəni doldurmaq daha yaxşıdır. Bundan sonra, göstərilən elektron poçt ünvanına iki məktub alacaqsınız - biri ərizə göndərildikdən sonra, məktubda ərizənin nömrəsi əlavə ediləcək, ikincisi isə müraciətə baxılmasının nəticələri haqqında. ETİAS sənədinizdə adınızın, pasport nömrənizin və digər məlumatların düzgün olmasına əmin olmalısınız, çünki səhv etsəniz, sərhədi keçə bilməyəcəksiniz. Səyahət icazəsi səyahət sənədinə (pasport) aid olduğuna görə ərizəni doldurduğunuz sənəd yanınızda olmalıdır.
ETİAS tərəfindən verilən səyahət icazəsi üç ilə qədər və ya pasportun müddəti bitənə qədər etibarlıdır. Əgər yeni pasport alsanız, yeni icazə də almalısınız. Qüvvədə olan icazə ilə siz Avropa ölkələrinin ərazisinə istədiyiniz qədər qısamüddətli səfər üçün daxil ola bilərsiniz. Bununla birlikdə nəzərə alın ki, qısamüddətli səfər istənilən 180 günlük müddətdə 90 gün deməkdir.
Səyahət icazəsinin alınması avtomatik olaraq Aİ ölkəsinə daxil olmaq hüququ təminatı vermir. Sərhədçilər əvvəlki qaydada sərhəddə səyahət edənləri yoxlayacaq, vizasız gediş-gəliş üçün digər şərtlərə cavab verməyənlərə isə rədd cavabı veriləcək.
ETİAS sisteminin tətbiqi 2016-cı ildən müzakirə olunurdu. Avropa Komissiyasının qeyd etdiyi kimi, hazırda sərhəd və hüquq-mühafizə orqanları viza tələblərindən azad edilən vətəndaşlar haqqında az məlumatlıdır. Komissiyanın məlumatına görə, ETİAS sərhədə çatmazdan əvvəl təhlükəsizlik və ya qeyri-qanuni miqrasiya riski yarada biləcək şəxsləri müəyyən edəcək.
Vizadan azad olan olunmuş səyahətçilərin ETIAS icazəsini tələb edən 30 Avropa ölkəsi: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Hollandiya, Norve, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya, İsveç və İsveçrə.
ETİAS-ın istifadəyə verilməsinə qədər Giriş və Çıxış Sistemi (EES) 2023-cü ilin may ayından fəaliyyətə başlayacaq. Bu avtomatlaşdırılmış IT sistemi üçüncü ölkələrdən gələn səyahətçiləri hər dəfə Aİ-nin xarici sərhədini keçəndə qeydiyyata alacaq. Avropa Komissiyasının məlumatına görə, EES uzun müddət tələb edən pasportların əllə möhürlənməsinin mövcud sistemini əvəz edəcək. “Euronews”un məlumatına görə, Fransa hava limanlarında səyahətçilərin biometrik məlumatları (barmaq izləri və üz şəkli) və şəxsi məlumatlarını əvvəlcədən qeydiyyatdan keçirə biləcəkləri özünəxidmət köşkləri quraşdırmağı planlaşdırır, daha sonra yoxlama üçün sərhədçilərə təqdim olunacaq. Quru və dəniz sərhədlərini keçən ziyarətçilər planşet cihazlarından istifadə edərək məlumatları qeydiyyatdan keçirə biləcəklər. Sistemin Aİ-də qalma müddətini aşmış insanları qeyd etməyi asanlaşdıracağı gözlənilir. Terrorçuların, cinayətkarların, habelə cinayətdə şübhəli bilinənlərin və qurbanların müəyyən edilməsini asanlaşdırmaq üçün EES sistemi Aİ üzv dövlətlərinin hüquq-mühafizə orqanları və Europol üçün əlçatan olacaq.