Avropa Parlamenti Gürcüstanın namizəd statusunu dəstəkləyən qətnamə qəbul edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Parlamenti dekabrın 14-15-də keçiriləcək sammitdə Avropa Şurasını Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq barədə qərar qəbul etməyə çağıran qətnaməni 99 əleyhinə 486 lehinə səslə qəbul edib. Bundan əlavə, Avropa Parlamentinin deputatları bəyan edirlər ki, islahatlar əsasında Bosniya-Hersoqovina ilə danışıqlara başlanmalı, Gürcüstana namizəd statusu verilməlidir.

Qətnamə müəllifləri Avropa İttifaqının genişlənməsini sülh və təhlükəsizliyə strateji sərmayə adlandırırlar. “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini nəzərə alsaq, genişlənmə strateji olaraq daha da əhəmiyyətli hal alıb və Aİ-nin ixtiyarında olan ən güclü geosiyasi alətlərdən biridir”, - qətnamədə deyilir.

Eyni zamanda, Avropa Parlamentinin deputatları Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı bəyanatlarını qətiyyətlə pisləyir və Orbanın genişlənmə prosesinə zərər verdiyini qeyd edirlər.

Noyabrda Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamağı, Gürcüstana isə üzvlüyə namizəd statusunun verilməsi barədə tövsiyə verib. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bildirib ki, onların tövsiyəsi hökumətin islahatların həyata keçirilməsində mühüm addımlar atacağı qeyd-şəritlə Gürcüstana namizəd statusunun verilməsidir. Bu məsələ ilə bağlı yekun qərarı Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirləri dekabrın 14-15-də Avropa Şurasının sammitində verəcəklər.

Qərar vermək üçün konsensus lazımdır. Viktor Orban Ukraynanın üzvlük danışıqlarına və Avropa İttifaqının əhəmiyyətli maliyyə və hərbi yardımına veto qoyacağı ilə bağlı hədələr səsləndirir. Macarıstanın baş nazirinin mövqeyi Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi də daxil olmaqla, bütün genişlənmə paketini risk altında qoyur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur