Avropa Parlamenti Avropa İttifaqı ilə Ermənistan arasında sıx əlaqələrin, Azərbaycanla Ermənistan arasında isə sülh sazişinin zəruriliyi haqqında qətnamə qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Xalq Partiyasının hazırladığı sənədi Avropa Parlamentinin 504 deputatı dəstəkləyib, 4-ü əleyhinə səs verib, 32-si isə bitərəf qalıb.
Avropa Parlamentinin deputatları Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi imkanını müzakirə etmək istəklərini bildirirlər.
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olarsa və demokratiyanın möhkəmlənməsinə aparan davamlı islahatlar yoluna davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsinə zəmin yarada bilər”, - qətnamədə deyilir.
Sənəddə vurğulanır ki, Aİ-Ermənistan münasibətləri demokratiya, qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlar kimi ümumi dəyərlərə əsaslanır.
“Ermənistan Respublikası Avropa İttifaqına Avropa İttifaqının mümkün hesab etdiyi qədər yaxın olmağa hazırdır”, - Avropa Parlameninin deputatları Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı dediklərindən sitat gətirirlər.
Avropa Parlamentinin deputatları Avropa İttifaqının icra orqanlarını, Komissiyanı və Şuranı Avropa İttifaqı ilə təkcə iqtisadi tərəfdaşlığı deyil, həm də siyasi dialoq, təhlükəsizlik və insanlar arasında təmasları əhatə edən əməkdaşlığın genişləndirilməsində Ermənistanı fəal dəstəkləməyə çağırırlar.
Qətnamə ötən ilin sentyabrında Dağlıq Qarabağda baş vermiş hadisələrə də şamil olunur.
“2023-cü il sentyabrın 19-da Azərbaycan Laçın dəhlizinin doqquz aylıq qeyri-qanuni blokadasından sonra 2020-ci ilin noyabrında atəşkəs haqqında sazişdən irəli gələn öhdəliklərə və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Dağlıq Qarabağın hələ onun nəzarəti altında olmayan hissələrinə hücuma başlayıb. 100 mindən çox erməni ərazini tərk etməli olduğu üçün Dağlıq Qarabağ əsrlər boyu orada məskunlaşmış erməni əhalisindən demək olar ki, tamamilə məhrum edilib”, - deyə qətnamədə bildirilir.
Avropa Parlamentinin deputatları həmçinin diqqəti Azərbaycan hakimiyyətinin Ermənistanın ərazi bütövlüyünə qarşı davamlı təhdidlərinə yönəldərək, “Azərbaycan ordusunun Ermənistanın suveren ərazisinin təxminən 170 km-ni işğal altında saxladığını” qeyd edirlər.
Avropa Parlamenti Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq məqsədilə aparılan danışıqları dəstəkləyir və hər iki tərəfi “uzunmüddətli mübahisənin uzunmüddətli və sülh yolu ilə həllinə sadiq qalmağa” çağırır. Bundan əlavə, Avropa Parlamenti Avropa İttifaqına müraciət edərək regionda sülhün bərqərar olunmasını davam etdirməyə çağırır.
“Avropa Parlamenti Ermənistanın demokratiya, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətləri qeyd edib ki, bu da ölkəmizin beynəlxalq səviyyədə dərk edilməsi üçün son dərəcə mühümdür. Ümid edirəm ki, müxtəlif siyasi qüvvələr, qeyri-hökumət təşkilatları və Ermənistan vətəndaşları Avropa Parlamentinin bu mesajına öz münasibətini fəal şəkildə ifadə edəcəklər, çünki bu cür mesajlar hökumətin və ya parlament çoxluğunun edə biləcəyindən qat-qat geniş şəkildə yayılmalıdır”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Qətnaməni Azərbaycan tərəfi də şərh edib. Ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, qətnamə qərəzlidir və “Azərbaycana qarşı davamlı ikili standart yanaşmasının bariz nümunəsidir”.