Avropa Parlamenti 577 deputatın dəstəyi ilə Gürcüstan hakimiyyətini, o cümlədən Prezident Salome Zurabişvilini ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilini azad etməyə çağıran qətnamə qəbul edib. Bundan əlavə, Avropa Parlamenti bir daha Avropa Şurasına üzv dövlətlərə və demokratik tərəfdaşlara müraciət edərək, “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin sanksiyalaşdırılması məsələsinə baxmağa çağırır. Qətnamədə İvanişvili oliqarx kimi qeyd olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Parlamenti fevralın 15-də qəbul etdiyi qətnamədə Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahatlığını ifadə edir.
“Keçmiş prezidentin vəziyyətinin yaxşılaşdırılmasının dəvamlı uğursuzluğu Gürcüstanın Aİ-yə namizədliyi perspektivini təhlükə altına qoyur”, - Qətnamədə Avropa Parlamentinin deputatları Mixeil Saakaşvilinin kəskin arıqlaması və onun həbsdə olarkən ağır metallarla zəhərlənməsi ehtimalı ilə bağlı daxil olan məlumatları qeyd edirlər. Onlar Gürcüstan hakimiyyətini xaricdə lazımi tibbi yardım almaq üçün Saakaşvilini azad etməyə çağırırlar.
Qətnamədə oliqarx Bidzina İvanişvilinin Mixeil Saakaşvilinin davam edən həbsində “şəxsi vendetası kimi” fundamental rolu vurğulanır. Parlament buna görə də Avropa Şurasına və demokratik tərəfdaşlara “Gürcüstanda siyasi prosesin pisləşməsi”ndə roluna görə İvanişviliyə qarşı sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırışını təkrarlayır.
Avropa Parlamenti Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə etməyə və Saakaşvilini əfv etməyə çağırır ki, bu da ölkədə siyasi qütbləşməyə son qoyacaq - “Həbsdə olan keçmiş prezidentlə rəftar Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyinə və elan etdiyi Avropa istəklərinə, o cümlədən Aİ-yə namizəd statusuna dair lakmus testidir. Gürcüstan diqqətini Avropa islahatlarının uğuruna yönəltməli və bu məsələ siyasi səhnənin mərkəzinə qayıtmalıdır”, - qətnamədə deyilir.
“Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, belə qətnamələrin qəbul edilməsində məqsəd Gürcüstana xaos gətirməkdir.
“Avropa Parlamentinin dərdi nədir, bilmirəm. Biz Avropa İttifaqının təsisatları ilə bağlı mümkün qədər diqqətli idik və buna görə də diqqətimizi konkret odioz deputatlara yönəltdik, amma bu halda bu qurumun, Avropa Parlamentinin sahib olduğu sistem problemidir.
Belə bir qərar Sovet İttifaqı Ali Sovetinin paxıllığına səbəb olardı. 80-ci illərin sonlarını yaxşı xatırlayıram. O vaxtlar Sovet İttifaqı Ali Sovetinin sessiyaları yayımlanırdı. Orada nə baş verdisə, bu gün də eyni şey oldu, Avropa Parlamentində əvvəlki iki qətnamə ilə bağlı da eyni şey oldu. Mən birbaşa deyərdim ki, bu, fəlakətdir”, - Kobaxidze bildirib.
“Gürcü arzusu”nun sədri Mixeil Saakaşvilinin həbsdən azad edilməsini istisna hesab edir və deyir ki, qətnamənin qeydlərini Avropa Komissiyası və Avropa Şurası bölüşməyəcək.
33 deputat qətnamənin yekun mətnini dəstəkləməyib, 26 deputat isə bitərəf qalıb. Parlamentin 362 üzvü Avropa Xalq Partiyasının təşəbbüsü ilə qətnaməyə əlavə edilən İvanişviliyə sanksiya tətbiq edilməsinə dair qeydin lehinə səs verib.