Avropa Şurası Gürcüstana namizəd statusu verib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bundan əlavə, Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarı alıb.

Şarl Mişelin yazdığına görə, Aİ Bosniya-Herseqovina ilə danışıqlara üzvlük meyarlarına lazımi uyğunluq dərəcəsi əldə edildikdən sonra başlayacaq və Komissiyanı belə bir qərar üçün müvafiq hesabat hazırlamağa dəvət edib.

“Bu, onların xalqları və qitəmiz üçün aydın ümid mesajıdır” - deyə Şarl Mişel qeyd edir.

Bugünkü qərarla Avropa Şurası Avropa Komissiyası tərəfindən noyabrın 8-də qəbul edilən tövsiyəni paylaşıb. Avropa Komissiyasının tövsiyəsi hökumətin 9 istiqamətdə addımlar atacağı qeyd-şərti ilə Gürcüstana statusun verilməsi olub. Eyni zamanda, Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edib.

Gürcüstan, Ukrayna və Moldova 2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət ediblər. Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt təsis edib. Gürcüstanın müraciəti üzrə komissiyanın hazırladığı rəydə prioritetlər arasında siyasi qütbləşməyə son qoyulması, məhkəmə-hüquq islahatlarının aparılması, deoliqarxizasiya, mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və s. yer alıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur