Avropa Şurasının İnsan Haqları üzrə Komissarı parlamenti rus qanununu qəbul etməməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Gürcüstan parlamentinin üzvlərini “xarici agentlər haqqında” qanun layihəsinin qəbulundan çəkinməyə çağırıb. Bu barədə Maykl O'Flaherti aprelin 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə göndərdiyi məktubunda yazır.

“Mən bu qanunvericilik təşəbbüsünün toplaşmaq və ifadə azadlığı sahəsində insan hüquqları standartlarına uyğunluğundan, o cümlədən onun qəbulunun media orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının, xüsusən də Gürcüstanda insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində çalışanların işinə mənfi təsir göstərməsindən narahatam”, - insan haqları üzrə komissar yazır.

Maykl O'Flaherti Avropa İnsan Haqları Məhkəməsinin Rusiyaya dövlətinə qarşı iş üzrə qərarından sitat gətirir:

“QHT-lərin “cəmiyyətin keşikçisi” rolunu yerinə yetirə bilmələri üçün onlar müxtəlif mənbələrdən sərbəst şəkildə maliyyə tələb edə və ala bilməlidirlər. Bu mənbələrin müxtəlifliyi demokratik cəmiyyətdə belə maliyyə alanların müstəqilliyini artıra bilər”.

Bundan əlavə, İnsan Haqları üzrə Komissar Şalva Papuaşvilyə Nazirlər Komitəsinin Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu ilə bağlı tövsiyəsinə işarə edir. Tövsiyənin 50-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları təkcə öz dövlət orqanlarından deyil, həm də institusional və ya fərdi donorlardan, digər dövlətlərdən və ya çoxtərəfli qurumlardan sərbəst şəkildə maliyyə vəsaiti - pul və ya maddi ianələr tələb etməli və almalıdırlar. Onlar yalnız gömrük, valyuta və çirkli pulların yuyulması ilə bağlı ümumiyyətlə tətbiq olunan qanunlara, habelə seçkiləri və siyasi partiyaların maliyyələşdirilməsini tənzimləyən qanunlara tabe olmalıdırlar.

“Bu qanunun qəbul ediləcəyi təqdirdə xaricdən maliyyələşən vətəndaş cəmiyyəti təşkilatlarının və mediaların və onların fəaliyyətinin, o cümlədən ictimaiyyət və dövlət institutlarının gözündə damğalanmasına və nüfuzdan düşməsinə səbəb ola bilər ki, bu da onların fəaliyyətini çətinləşdirəcək və ya qeyri-mümkün qılacaq.

Yuxarıda göstərilənləri nəzərə alaraq, parlament üzvlərindən hörmətlə xahiş edirəm ki, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim olunduğu kimi qəbul etməkdən çəkinsinlər və milli və beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa Şurası ilə ölkədə qeyri-kommersiya təşkilatlarının və media orqanlarının qanuni fəaliyyəti üçün əlverişli şərait yaradılması barədə əməkdaşlıq etsinlər.

Aprelin 15-də beynəlxalq tənqidlər və Tbilisidə minlərlə insanın etiraz aksiyası fonunda parlament çoxluğu Hüquqi Məsələlər üzrə Komitənin iclasında müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib. “Gürcü Arzusu” bu gün qanun layihəsini böyük ehtimalla birinci oxunuşda qəbul edəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur