Daxili İşlər, Prokurorluq və Maliyyə nazirliklərinin əməkdaşları Poti limanında 80 kiloqrama qədər heroin ələ keçiriblər. İran vətəndaşı, 1961-ci il təvəllüdlü B.T. ölkəyə qanunsuz olaraq külli miqdarda narkotik vasitə gətirməkdə təqsirləndirilərək həbs edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadzenin sözlərinə görə, təqsirləndirilən şəxs yük maşını idarə edirmiş. Yük maşınına baxış zamanı qoşqunun arxa iki qapısında xüsusi düzəldilmiş yerdə gizlədilən 315 ədəd bağlamada 80 kiloqrama qədər “heroin” aşkar edilib.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, xüsusilə külli miqdarda narkotik vasitəni İrandan Ermənistan və Gürcüstan vasitəsilə Avropaya daşımaq niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib və bu zaman həbs yaxalanıb”, – Teymuraz Kupatadze bildirib.
İş külli miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi və alınması-saxlanması maddələri ilə araşdırılır. Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, ötən ay belçikalı və hollandiyalı həmkarları ilə birgə keçirdikləri polis tədbiri çərçivəsində, onların verdikləri məlumatlar əsasında Belçika Krallığının Antverpen limanında iki mərhələ şəklində misli görünməmiş miqdarda, 1 ton 660 kiloqram “heroin” ələ keçirilib.