Axaltsixe rayonunun Bələdiyyə Məclisində müxalif “Milli Hərəkat” fraksiyası dağılıb. Fraksiyaya 6 üzv daxil idi ki, onlar partiyanı da tərk ediblər. Onların izahatına görə, partiya sədri seçkilərində Nika Melianı dəstəkləyiblər və bu səbəbdən yeni rəhbərlik onları kənarlaşdırıb. Deputatlar Bələdiyyə Məclisinin müstəqil üzvləri olaraq qalacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Keçən il partiya sədri seçkiləri keçirilən zaman Axaltsixe rayon təşkilatı Nika Melianı dəstəkləmişdi. Yeni sədr [Levan Xabeişvili] seçiləndən sonra partiya rəhbərliyi 7 ay ərzində bizimlə əlaqə saxlamadı. Onlar bir neçə dəfə rayonumuzda olublar, amma Axaltsixeyə gəlməyiblər. Bizi partiyanın qurultayına da dəvət etmədilər”, - fraksiyanın keçmiş sədri Davit Axalkatsi deyir.
Levan Xabeişvili bu ilin yanvarında “Milli Hərəkat”ın sədri seçilib. Partiya sədri vəzifəsini icra edən Nika Melia da seçkilərdə iştirak etsə də, məğlub olub. Xabeişvilinin partiyanın sədri seçilməsindən sonra parlamentin üzvləri Xatia Dekanoidze və Roman Qotsiridze “Milli Hərəkat”ı tərk ediblər.
Axaltsixe Bələdiyyə Məclisinin ümumilikdə üç fraksiya qeydə alınmışdı - “Gürcü arzusu”, “Milli Hərəkat” və “Gürcüstan üçün Axaltsixe”.
Axaltsixe Bələdiyyə Məclisinin 38 üzvü var.
2023-cü ilin martında Axaltsixe sakrebulosunun “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, 2 oktyabr 2021-ci il seçkilərindən sonra indiki Bələdiyyə Məclisi fraksiyaların heç biri inzibati-hüquqi aktların layihələrini təqdim etməyib; Heç bir fraksiya xüsusi işçi qrupunun yaradılmasını tələb etməyib; Fraksiyaların heç biri Sakrebulonun yaratdığı orqanlara və Sakrebuloya cavabdeh olan məmurlara sual göndərməyib; Bələdiyyə Məclisinin növbədənkənar sessiyası fraksiyalar tərəfindən çağırılmayıb.
2022-ci ildə yerli büdcədən Axaltsixe Bələdiyyə Məclisinin fraksiya sədrləri və onların müavinlərinin maaşı üçün 290 712 lari, ezamiyyə və yanacaq xərcləri üçün 38 090 lari, ümumilikdə isə 328 802 lari xərclənib.
“Gürcü Arzusu” fraksiyasının sədrinin eyni vaxtda 7 müavini var. Onların hər birinin aylıq əmək haqqı 1760 laridir.