Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqiyanın sözlərinə görə, Milli Ətraf Mühit Agentliyi ayın sonuna qədər Raça və Kvemo Svaneti meşələrində ovçuluq təsərrüfatlarının təşkili üçün lisenziyanın ləğvi barədə qərar qəbul edəcək. Nazirin sözlərinə görə, nazirlik önündə davam edən etiraz aksiyası əsassızdır və buna ehtiyac yoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hələ may ayında biz bəyan etmişdik ki, “HG Capra Caucasica” şirkəti bir il ərzində idarəetmə planı və digər tədqiqatlar haqqında məlumat təqdim etməli idi. Ətraf Mühitə Nəzarət Departamenti reaksiya verdi və bu planın təqdim edilmədiyini bildirdi. Nəzarət şöbəsi tərəfindən protokol tərtib edilib. O vaxtdan bəri qurumdan, nazirlikdən və mənim tərəfimdən yenə bir çox açıqlamalar verildi.
Lisenziyanın etibarsız sayılması proseduruna başladığımızı rəsmən elan etdik və Milli Ətraf Mühit Agentliyi bu prosedura başlayıb.
Bütün aidiyyatı qurumlara məktublar göndərilib, məlumat istənilib. Bir daha bəyan edirəm ki, tezliklə
ən qısa zamanda, ayın sonundan gec olmayaraq, hesab edirəm ki, bu inzibati prosesdə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliy tərəfindən qərar qəbul olunacaq və məncə, bayaq danışdıqlarımı nəzərə alaraq, lisenziyanın etibarsız sayılması üçün bütün ilkin şərtlər var.
Lakin bu, Milli Ətraf Mühit Agentliyi tərəfindən həyata keçirilən inzibati icraatdır və biz ona imkan verməliyik ki, prosesi sona çatdırsın”, - nazir bildirib.
Onun sözlərinə görə, aksiya iştirakçılarına hələ Ambrolauridən Tbilisiyə, Nazirliyin önünə keçid etməzdən əvvəl bu proseslərlə bağlı dolğun məlumat verilib.
“Bildiyimə üzrə, bu etiraz ay yarım əvvəl başlayıb və biz bu barədə may ayından danışmağa başladıq ki, öhdəliklər yerinə yetirilmir, burada qorunan ərazi yaratmaq barədə düşünürük. Ambrolauridə 7 saatlıq görüş keçirildi, burada aksiya iştirakçılarına bizim hansı proseslərlə məşğul olduğumuz, nəyi planlaşdırdığımız ətraflı izah edildi və biz onları yeni qorunan ərazinin yaradılması ilə bağlı prosesdə iştirak etməyə çağırdıq.
Bütün bunlara rəğmən, nazirlik önündə eskalasiya müşahidə edirik ki, bu heç kim üçün, ən azı mənim üçün arzuolunmazdır. Bu havada insanların ehtiyac olmadığı halda soyuqda çadırda gecələdiklərini görürük.
Bu gün etiraz edən vətəndaşlarımızı, xanımları və cənabları, ailələrinin yanına qayıtmağa, Milli Ətraf Mühit Agentliyinin qanuni bir proses olan qərarını gözləməyə çağırmaq istəyirəm və sizə söz verirəm ki, bu qərar çox tez, ayın sonundan gec olmayaraq qəbul olunacaq və bu lisenziyanın etibarsız sayılması üçün bütün ilkin şərtlər mövcuddur.
Bunun hansı məqsədə xidmət etdiyi bəlli deyil. Bəlkə də məqsəd müəyyən balların yazılmasıdır, başqa heç nə görə bilmirəm. Biz bu gün də onlara bu məsələlərlə bağlı aidiyyatı məsul şəxslərlə görüş təklif etdik, baxmayaraq ki, onlardan görüş barədə konkret cavab gəlmədi və dedilər ki, ilkin məqsədləri binanın ərazisində çadır qurmaları, orada olmalarıdır və görüş haqqında sonra danışaq”, - Otar Şamuqiya bildirib.
“HG Capra Caucasica” MMC-nin sahibi Davit Xidaşelinin şirkəti və müvafiq olaraq lisenziyanı satması ilə bağlı açıqlamasına gəlincə, nazir bildirir ki, Milli Ekologiya Agentliyinin razılığı olmadan lisenziya satıla və hədiyyə verilə bilməz.
“Bu gün biz danışırıq, müzakirə edirik, lisenziyanın etibarsız sayılması prosesi gedir və qurumun indi bu lisenziyanın başqasına verilməsini necə müzakirə edə biləcəyi məntiqsizdir”, - nazir bildirib.
“Rioni Vadisinin Xilası” hərəkatının fəalları noyabrın 18-dən Tbilisidə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin binası yaxınlığında Raça və Kvemo Svaneti meşələrində verilmiş lisenziyanın ləğvi tələbi ilə etiraz aksiyası keçirirlər. Lisenziya çərçivəsində Gürcüstan hökuməti Rusiya hökuməti ilə sıx əlaqəsi olan Davit Xidaşeliyə 49 il müddətinə 104 712 hektar meşə sahəsi verib. “Yaşıl Alternativ” və “Raça İcma Təşkilatı” bir çox qanun pozuntularına görə bu qərardan məhkəməyə şikayət ediblər ki, bu barədə sizə “Dağ Xəbərləri”nin jurnalist araşdırması bəhs edir.