Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib. Deyib ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Əliyev bu barədə oktyabrın 6-da Praqada dəyirmi masa formatında çıxışı zamanı bildirib. Oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada Avropa İttifaqının təşəbbüsü ilə Avropa siyasi birliyinin birinci sammiti keçirilir. Sammitdə Aİ-nin 27 üzvü və 17 tərəfdaş dövlətin başçıları iştirak edir. Sammit çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusu müzakirə olunub.
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin sözlərinə görə, Gürcüstan höküməti Tbilisinin cənub qonşularının sakit və dinc dialoq apara biləcəyi məkan olmasına hazırdır.
“Baş nazirin fəal iştirakı ilə keçən il konkret nəzərəçarpacaq nəticələr əldə etmək mümkün olub. Bu proses davam etdi, bir neçə ay əvvəl Gürcüstanda iki xarici işlər nazirlərini qəbul etdik. Bu həm də dostlarımızın bizə xüsusi güvəndiklərinin nümunəsidir. Biz gələcəkdə Gürcüstanın, Tbilisinin cənub qonşularımızın sakit və dinc dialoq apara bildiyi bir məkan olmasına həmişə hazırıq ki, onlar bu danışıqlardan konkret nəticələr əldə edə bilsinlər, regionumuzda sülh və sabitlik olsun. Bu prosesdə bizim heç bir ilkin şərtimiz yoxdur. Qonşularımıza etdiyimiz yeganə təklif odur ki, istənilən vaxt, istədikləri zaman və məkanda öz ölkəmizdə onları qəbul etməyə və ehtiyac olarsa, dialoqu gücləndirməyə və bu prosesi dərinləşdirməyə kömək etməyə regionda sülhə nail olmaq üçün hazırıq”,- İliya Darçiaşvili qeyd edib.
Praqada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.
Azərbaycan prezidenti Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan sammit çərçivəsində ilk dəfə görüşüblər.