Azərbaycanlı jurnalist, “Azel.TV” saytının redaktoru Əfqan Sadıqov deyir ki, iyulun 17-də gürcü sərhədçiləri onun Tbilisidən Türkiyənin paytaxtına uçmasına icazə verməyib və ona ancaq Azərbaycana qayıda biləcəyini deyiblər. Sadıqov baş verənləri Azərbaycan hakimiyyətinin tənqid etməsi ilə əlaqələndirir və hesab edir ki, onun başqa ölkəyə getməsinə qadağa qoyulması barədə göstəriş Bakıdan gəlir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Əfqan Sadıqov həyat yoldaşı və iki qızı ilə Ankaraya gedirmiş.
“Məni Tbilisi Hava Himanında pasport nəzarətində saxladılar. Pasportumda problem olduğunu, Azərbaycana qayıtmaqdan başqa heç bir ölkəyə gedə bilməyəcəyimi dedilər. Üçüncü ölkələrə girişimə kimin qadağa qoyduğunu dəqiqləşdirmədilər və mənə aydınlıq gətirmək üçün Gürcüstanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağı təklif ediblər.
Bunun səbəbi son vaxtlardaki tənqidi yazılarım və videolarımdır. Hazırda barəmdə cinayət işi açılmayıb, amma bilirəm ki, Azərbaycana qayıdan kimi digər tənqidçi jurnalistlər kimi məni də həbs edəcəklər”, - Sadıqov deyir.
Jurnalist 2023-cü ilin dekabrın 24-dən Gürcüstanda yaşayır. Özünün dediyi kimi, bura müalicə üçün gəlib, lakin ona qarşı təhdidlər və azərbaycanlı jurnalistlərin yeni həbs dalğasının başlaması səbəbindən bir daha vətənə qayıtmayıb.
Əfqan Sadıqov və ailəsi Gürcüstanda özlərini təhlükəsiz hiss etmirlər. Ona görə də onlar ölkəni tərk etmək istəyirlər.
“Gürcüstanda mənim başıma gələcək hər hansı bir hadisədən sorumlu birbaşa Diktator İlham Əliyev və onun repressiv, siyasi sifarişlərini icra edən Gürcüstan hakimiyyətidir!”, – jurnalist “Facebook”da yazıb.
Azərbaycan hakimiyyəti Əfqan Sadıqovu 2020-ci ilin mayında hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edib. Həmin ilin noyabrında o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqov ittihamı rədd edib və etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası elan edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sadıqov 2022-ci il may ayının sonunda prezident İlham Əliyev tərəfindən əfv olunan məhkumlardan biri olub.