Rusiyanın “Azimut” aviaşirkəti Tbilisiyə birbaşa müntəzəm uçuşları Başqırdıstandan da həyata keçirəcək. “Ufadan Gürcüstana çoxdan gözlənilən uçuşlar!” – Ufa Beynəlxalq Hava Limanı bu gün belə başlıqla bəyanat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yanvarın 26-dan etibarən “Sukhoi Superjet 100” təyyarəsi həftədə bir dəfə Ufa-Tbilisi-Ufa marşrutu üzrə uçuşlar həyata keçirəcək. Hava limanından verilən məlumata görə, uçuşları onların strateji tərəfdaşı olan “Azimut” aviaşirkəti həyata keçirəcək.
“Uçuşun müddəti 3 saatdır. Biletlər artıq satışdadır”, - deyə hava limanının saytında dərc olunmuş bəyanatında bildirilir.
Gürcüstanın Mülki Aviasiya Agentliyinin icazəsi ilə “Azimut” artıq Moskva-Tbilisi, Mineralnıye Vodı-Tbilisi, Soçi-Tbilisi və Moskva-Batumi marşrutları üzrə uçuşlar həyata keçirir.
Sakstatın məlumatlarına görə, 2023-cü ilin ilk üç rübündə Gürcüstana 1 686 200 əcnəbi ziyarətçi gəlib. Onlardan 383 000-i Rusiya vətəndaşı olub.
2023-cü il mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərman verib. Bundan başqa, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib. Artıq mayın 19-da “Azimut”un ilk təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib və mayın 20-də isə “Georgian Airways” sərnişinləri Tbilisidən Moskvaya gətirib. İyul ayından etibarən Rusiyanın digər aviaşirkəti “Red Wings” Moskva-Kutaisi marşrutu üzrə uçuşlar həyata keçirməyə başlayıb.
Ukraynadakı müharibə ilə əlaqədar Avropa İttifaqı və bir sıra ölkələr Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib - Rusiyadan və Rusiyaya uçuşlar qadağan edilib. Avropa İttifaqı Gürcüstanı sanksiyalara qoşulmağa çağırıb.
Moskvanın birtərəfli qərarı ilə 2019-cu ildən Gürcüstanla Rusiya arasında hava əlaqəsi dayandırılmışdı. Buna səbəb isə rusiyalı deputat Sergey Qavrilovun Tbilisiyə səfərindən sonra başlayan kütləvi etirazlar olmuşdu.