Azlıqların nümayəndələri dövlət dilini öyrənmək üçün pul ödəmirlər - Nazir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcüstandakı etnik azlıq nümayəndələrinin dövlət dilini öyrənmək üçün pul ödəməli olduğunu söyləmək səhvdir, yalandır”, - Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri vəzifəsinə namizəd Tea Axvlediani parlamentdə komitələrin birgə iclasında bildirib.

“Gürcü dilinin tədrisinə gəlincə, burada da ictimaiyyətə izah etmək istərdim ki, Gürcüstandakı etnik azlıq nümayəndələrinin dövlət dilini öyrənmək üçün pul ödəməli olduğunu söyləmək səhvdir, yalandır - nazir olduğum üç il ərzində müxtəlif formatlarda, o cümlədən ictimai şəkildə, dövlətin məktəbəqədər təhsildən tutmuş, orta təhsil, peşə və ya ali təhsil və qeyri-formal təhsil də daxil olmaqla təhsilin hər pilləsində etnik azlıqların nümayəndələrinə verdiyi imkanları dərindən müzakirə edirik. Təbii ki, bu imkanlar tamamilə pulsuzdur və olduqca rəngarəngdir”, - Axvlediani bildirib.

Onun sözlərinə görə, “1+4 proqramı” ermənidilli və azərbaycandilli həmvətənlərimizə ali təhsil müəssisəsində təhsil almaq üçün gürcü dilini bir illik pulsuz öyrənmə proqramına daxil olmaq imkanı verir.

2010-cu ildən etnik azlıqların nümayəndələri Gürcüstanda sadələşdirilmiş qaydada ali təhsil almaq imkanı əldə ediblər. sadələşdirilmiş sistem olan “1+4 proqramı” erməni, azərbaycan, abxaz, osetin dillərində ümumi qabiliyyət imtahanından keçməyi və müvafiq bal toplandıqda ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər 1 il gürcü dili üzrə hazırlıq kursu keçirlər və sonra 60 kredit toplamaları halında istədikləri fakültədə təhsillərini davam etdirə bilirlər.

“1+4 proqramı” çərçivəsində hər il hazırlıq pilləsində olan 100 etnik azərbaycanlı və 100 etnik erməni gəncin təhsil haqqı dövlət tərəfindən maliyyələşdirilir, lakin qeyd etmək lazımdır ki, bu proqramdan yararlanan tələbələrin sayı proqram çərçivəsində maliyyələşdirilmə üçün nəzərdə tutulan saya nisbətdə xeyli çoxdur.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin statistik məlumatlarına əsasən, 2023-cü ildə 400-dən çox ermənidilli və 1600-dən çox azərbaycandilli abituriyent Ümumi Qabiliyyət Testindən uğurla keçib.

Ona görə də ən yüksək bal toplayan 100 tələbədən əlavə yüzlərlə tələbə dövlət dilinin bir illik proqramına daxil olmaq üçün 2250 lari ödəməyə məcbur olur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur