Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, Rusiya işğalçı ölkədir və Gürcüstan hökumətinin onunla heç bir gizli dialoqu yoxdur. Davitaşvili bunu Rusiya prezidenti Vladimir Putinlə birlikdə Çində keçirilən “Bir Kəmər, Bir Yol” təşəbbüs forumunda iştirak etdiyi üçün çağırıldığı parlamentdə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Davitaşvilinin sözlərinə görə, bu, Gürcüstanla birlikdə bir çox Aİ ölkələrinin üzvü olduğu təşəbbüsdür.
“Gürcüstan bu forumda fiziki olaraq forumun mövcud olduğu vaxtdan bu yana hər dəfə iştirak edib və Rusiya Federasiyası da, o cümlədən, demək olar ki, həmişə bu forumda iştirak edib.
İndi kimsə Gürcüstan hökumətinin Gürcüstanın maraqlarına hər hansı formada zərər vurduğunu və hansısa gizli dialoq apardığını təlqin etmək istəyirsə, birmənalı və birbaşa deyə bilərəm ki, bu belə deyil. Son 10 ildə Gürcüstan hökuməti, biz Rusiyaya güzəşt etməmişik.
Bunun adını qoymaq və işğaldan aydın danışmaq istəyiriksə, sizə deyim ki, bəli, Rusiya işğalçıdır, bəli, Rusiya düşməndir, bəli, Rusiya günahkardır və biz Gürcüstanın maraqlarına, Gürcüstanın maraqlarının zərərinə Rusiyaya qarşı heç bir güzəştə gedən deyilik. Əksinə, mümkün qədər Gürcüstanın maraqlarına xidmət etmək üçün dialoqumuz var və mən bunu birmənalı olaraq deyirəm”, - deyə Levan Davitaşvili bildirib.
Çində keçirilən forumda iştiraka gəlincə, Davitaşvilinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti prezident Si Cinpinin şəxsi dəvəti ilə Çində olub və “iştirakımız Çin dövlətinə hörmət əlaməti olub”.
“Bu gün Çinlə ticari və iqtisadi baxımdan mövcud olan dinamikaya əsaslanaraq, bu dəvətə məhəl qoymamaq bizim üçün tamamilə məsuliyyətsizlik olardı” - nazir qeyd edib.
Oktyabrın 18-də Çində Levan Davitaşvili və Vladimir Putinin iştirak etdiyi “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində qəbul keçirilib. Yayılan rəsmi videoda onların Çin prezidenti Si Cinpinin çıxışını necə dinlədikləri görünür. Digər videoda isə görünür ki, Putin forum iştirakçılarına müraciət edən zaman Levan Davitaşvili və Gürcüstanın Çindəki səfiri Arçil Kalandia zalda (ikinci sırada) oturublar. Rusiya prezidentinin çıxışı zamanı bir neçə avropalı məmur zalı nümayişlə tərk edib. Onların arasında Fransanın keçmiş baş naziri Jan-Pyer Raffarin də olub.
Qeyd edək ki, bu il Gürcüstan və Çin strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Bu barədə qərar iyulun sonunda baş nazir İrakli Ğaribaşvilinin Pekinə səfəri zamanı Si Cinpinlə görüşü zamanı qəbul edilib. Görüşdən sonra tərəflər “Bir Kəmər, Bİr Yol” təşəbbüsü çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalayıblar. Ğaribaşvilinin Çinə səfəri ilə bağlı ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kelli Deqnan bildirib ki, Çinlə hansı münasibət qurmaq istədiyinə Gürcüstan hökuməti özü qərar verməlidir, lakin, o, baş nazirə “Bir Kəmər, Bİr Yol” təşəbbüsünə bir neçə ölkənin artıq arxa çevirdiyini xatırladıb. Amerikalı diplomat bu qərarın Gürcüstanı yaxşı nəticələrə aparacağına ümid etdiyini bildirib.