Çində olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Çin Xalq Respublikasının prezidenti Si Cinpin strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Bu məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim diplomatik münasibətlər qurmağımızdan 31 il keçir. Çin-Gürcüstan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkənin siyasi etimadı möhkəm və müxtəlif sahələrdə əməkdaşlığın nəticələri isə nəzərə çarpacaq qədərdir. Gürcüstan Çinin dostu və yaxşı tərəfdaşıdır. Beynəlxalq aləmdə hadisələr necə cərəyan etsə də, Çinin Gürcüstanla münasibətlərin inkişafına münasibəti dəyişməyəcək.
Sizin Çinə səfəriniz zamanı birgə bəyanat dərc olunacaq. Bildiriləcək ki, Gürcüstan və Çin strateji tərəfdaşlıq qurur və beləliklə, ikitərəfli münasibətlərimiz yeni səviyyəyə yüksələcək.
Çin və Gürcüstan bu yeni başlanğıcdan strateji tərəfdaşlığımızın daha yaxşı inkişafına, iki ölkənin müxtəlif sahələrinin inkişafına təkan vermək və bəşəriyyətin rifahına töhfə vermək üçün birlikdə çalışmalıdır”, - Si Cinpin deyib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan Çinlə dostluğu yüksək qiymətləndirir və iki ölkə arasında münasibətləri strateji tərəfdaşlığa yüksəltmək qərarına görə minnətdardır.
“Çin Gürcüstanın müstəqilliyini 1992-ci ildə, biz müstəqilliyi bərpa etdikdə ilk tanıyanlardan biri olub. Gürcüstan bir çox istiqamətlərdə Çinlə ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi ideyasına sadiqdir və biz bu səfər çərçivəsində mühüm sənədlərin imzalanmasına görə şadıq”, - Ğaribaşvili bildirib.
Gürcüstanın baş naziri nümayəndə heyəti ilə Çin Xalq Respublikasındadır. Ğaribaşvili Yay Ümumdünya Universitet Oyunlarının açılış mərasimində iştirak edir.
Üç ay əvvəl, aprelin 21-də Çinin Fransadakı səfiri Lu Şae Ukrayna və Krım haqqında danışarkən televiziyaya müsahibəsində keçmiş sovet ölkələrinin beynəlxalq hüquqda real statusa malik olmadığını, buna görə də səfirin post-sovet ölkələrinin suverenliyini şübhə altına aldığını bildirib.
“Hətta bu keçmiş sovet ölkələrinin də beynəlxalq hüquqda real statusu yoxdur, çünki onların suveren dövlət statusunu təsdiq edən heç bir beynəlxalq müqavilə mövcud deyil”, - Lu Şaenin bu qalmaqallı bəyanatından sonra Baltikyanı ölkələrin xarici işlər nazirlikləri Çin səfirlərini izahat vermələri üçün çağırıb.
Səfirin bu açıqlamasın Fransa prezidenti də şərh edib. Emmanuel Makron deyib ki, bu cür danışmaq diplomata yaraşmır. Gürcüstan hökuməti Çin səfirinin bəyanatına reaksiya verməyib.
Aprelin 24-də Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.
2022-ci ilə qədər Çin 736,8 milyon ABŞ dolları ilə Gürcüstanın ən böyük ixrac tərəfdaşıdır. Çini Azərbaycan (672,6 milyon ABŞ dolları) və Rusiya (651,6 milyon ABŞ dolları) izləyir. Sonra Ermənistan (584,5 milyon ABŞ dolları), Türkiyə (435,4 milyon ABŞ dolları), Bolqarıstan (423,6 milyon ABŞ dolları), ABŞ (265 milyon ABŞ dolları), Qazaxıstan (238,1 milyon ABŞ dolları), Ukrayna (232 milyon ABŞ dolları), Peru (153,8 milyon dollar) gəlir. .
Eyni dövrdə ən böyük idxal tərəfdaşları arasında Çin Türkiyə (2 370,9 milyon ABŞ dolları) və Rusiyadan (1 835,4 milyon ABŞ dolları) sonra üçüncü (1 126,0 milyon ABŞ dolları) yeri tutur.
Gürcüstanda ən böyük layihələri, xüsusən də avtomobil yolları, dəmir yolları və tunellərin tikintisini Çin şirkətləri həyata keçirirlər.