Keçmiş baş nazir və “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria Avropaya inteqrasiyadan danışarkən deyir ki, Gürcüstan “bəzi bacarıqsız axmaqların ucbatından” 20-30 il itirə bilər. Qaxaria bunları Qoridə partiya yoldaşları ilə görüş zamanı “Feysbuk” səhifəsində yayımlanan videomüraciətdə deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün Gürcüstanda elə bir məqam, elə bir dövrdür ki, - sizə söz verirəm, - hər bir insanın məsuliyyəti fərdiləşəcək. Bu gün Gürcüstanda elə bir dövrdür ki, kim harada dayanıb, kim hansı vəzifədə olub, kim nə edib, heç yerə yoxa çıxmayacaq, məsuliyyətin fərdiləşməsi baş verəcək. Birmənalı olaraq belə olacaq, çünki tarix boşluğa dözə bilmir. Bu gün tale həll olunur… Yaxın bir-iki ildə bu ölkənin son 30-35 ildə əldə etdiyi nailiyyətlərin, səhvlərin taleyi həll olunacaq, bunun əvəzinə səhvləri düzəldək, çünki bu gün belə bir fürsət yaranıb, bizim xidmətimizlə deyil, təsadüfən yaranıb, bizim xidmətimizlə heç nə yaranmayıb.
Sadəcə olaraq, geopolitik imkan yaranıb ki, ölkə 20-30 ili qazansın – siz təsəvvür edirsiz bu Gürcüstan üçün deməkdir? Biz hamımız çox yaxşı başa düşürük ki, bu uğursuz müharibə olmasaydı, Gürcüstanın Avropa ailəsinə bu qədər tez yaxınlaşması üçün bu fürsət pəncərəsi olmazdı. Bir tərəfdən, imkanımız var ki, tarixə vaxt, illər qazanaq və ikinci tərəfdən, bəzi bacarıqsız axmaqların ucbatından bu 20-30 ili sadəcə olaraq itirmək riskimiz var. Təbii ki, bu şərtlər daxilində hər birimizin məsuliyyəti fərdiləşəcək.
Buna tarix qiymət verəcək. Bax görəcəksiniz! Mən buna əminəm”, - deyir Qaxaria.
Keçmiş baş nazir “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin şəxsi məsuliyyətini vurğulayır. Onun sözlərinə görə, İvanişvili siyasətdən getməyib və “marionetlərin əli ilə” hərəkət edir.
“Kimsə çıxır və elə bir vəziyyətdə, hansı ki, əhalinin 85 %-i tam konsensusdadır, Gürcüstan harada olmalıdır və Gürcüstanın gələcəyinin yeri haradadır və anidən imkan yaranır ki, təsadüfən, bu yerini istifadə edəsən və tarixə vaxt qazanasan, illər qazanasan və bu hədəflərə daha sürətlə çatasan və axmaq bir kimsə çıxır, bağışlayın, və deyir ki, belə Avropa lazım deyil. 85 faiz adamdan soruşsun, belə Avropa lazımdır, ya yox. 85 faizdən soruşsun, istəyirlərmi belə bacarıqsız, məsuliyyətsiz hakimiyyət, istəyirlərmi? Məsuliyyətlər fərdiləşmiş olacaq və odur ki, nəzərə alın. Hamı nəzərə almalıdır. Mən bunu özümə də deyirəm. Cəza da fərdiləşmiş olacaq.
Məsələn, Bidzina elə sanır ki, gəldi və dedi ki, mən siyasətdən getdim və onun üçün getdi ki, siyasətdə qalmış olsun və bax, bu marionatların əli ilə nəsə edirsə, burada onun məsuliyyəti olmayacaq və bu məsuliyyət fərdiləşmiş olmayacaq, bax bunda çox yanılır, çox”, - deyir Qaxaria.
Avropa Komissiyası Gürcüstan 12 tövsiyəni yerinə yetirdikdən sonra ona Avropa birliyinə namizəd statusu verməyə hazırdır. Qeyd edək ki, iyun ayında Ukrayna və Moldova sözügedən statusu əldə edib. Avropa Komissiyasının tövsiyələri siyasi qütbləşmənin həlli, deoliqarxizasiya, məhkəmə islahatlarının aparılması, antikorrupsiya xidmətinin gücləndirilməsi, müstəqil şəxsin xalq müdafiəçi olaraq seçilməsi və s. mövzulara toxunur. Avropa Komissiyası tövsiyələrin icrasına dair öz hesabatını 2023-cü ilin payızında təqdim edəcək.