Milli Bank 150 mindən çox pensiyaçı üçün kredit faizlərinin nə vaxt azalacağını müəyyənləşdirmək üçün “Liberty Bank” ilə işləyir. Bu barədə Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2018-ci ildən bəri faiz dərəcəsi - o vaxt 40% və daha çox idi - tədricən aşağı enir, azalır, lakin 2023-cü ilin yanvarın 1-də konkret formula məruz qaldıqda köklü dönüş baş verdi. Dünən verilən qərara əsasən, 2023-cü ilə qədər pensiya krediti götürən hər kəsin faiz dərəcəsi aşağı salınacaq və ümumi çərçivəyə daxil ediləcək. Dəyişikliyin hansı tarixdən, hansı sxem və prosedurla həyata keçiriləcəyini müəyyən etmək üçün “Liberty Bank”la çox intensiv işləyirik. Bu mühüm qərar 150 mindən çox insana şamil olunacaq və qüsursuz şəkildə həyata keçirilməlidir”, - Turnava bildirib.
Milli Bankın prezidenti səlahiyyətlərinin icraçısı müxalifətçi deputatların sualına cavabında bildirib ki, konkret faizdən danışmaq düzgün deyil: “Bankla sosial xidmət qurumu arasında bağlanan müqaviləyə baxsanız, orada banklararası mübadilə ilə əlaqəli formul var. Bu gün 25,5% təşkil edir. İndi monetar siyasət yumşaldıldığı üçün faiz dərəcələrinin daha da aşağı düşəcəyi gözlənilir”.
Milli Bankın prezidenti səlahiyyətlərinin icraçısı parlamentə müxalifət nümayəndələri tərəfindən çağırılıb. Bir gün əvvəl baş nazir İrakli Kobaxidze Natia Turnava və “Liberty Bank”ın baş direktoru Beka Qoqiçaişvili ilə görüşüb.
Onların qərarına əsasən, 2023-cü ilə qədər kredit götürmüş 150 mindən çox pensiyaçının kredit faizləri aşağı salınaraq 2023-cü ildən tətbiq edilən faizlərə bərabərləşdiriləcək. Dəyişiklik necə ki, overdraft, eləcə də müntəzəm kreditlərə şamil olunacaq.
“Burada büdcədən heç bir subsidiya yoxdur. Bu, “Liberty Bank”ın sosial məsuliyyətinin bir hissəsidir. Söhbət hamı üçün faydalı olan bir qərardan gedir”, - Natia Turnava qeyd edib.
Müxalifətin qiymətləndirməsinə görə, qərar parlament seçkilərinin yaxınlaşması ilə bağlıdır.
“Geostat”ın məlumatına görə, 2023-cü ildə Gürcüstanda pensiya alanların (yaşına görə pensiyaçılar) sayı 838 100 nəfər təşkil edib. 354 min pensiyaçı və sosial müavinət alan şəxs pensiya krediti götürüb. “Liberty Bank”ın Milli Banka təqdim etdiyi hesabata əsasən, ötən ilin üçüncü rübündə verilən pensiya kreditlərinin orta nominal faiz dərəcəsi 29,4% təşkil edib. Pensiya kreditlərinin ümumi portfeli 401 milyon lariyə çatıb.
2023-cü ildən “Liberty Bank”da pensiya kreditlərinin yuxarı həddi 26%-dək endirilib.