2020-ci ilin iyulunda vəfat edən 23 yaşlı Tamar Baçaliaşvilinin işi üzrə yalan ifadə verməkdə ittiham edilərək həbs edilən keçmiş müstəntiq Serqo Şubitidze həbsdən azad edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, nisabətən az ağır cinayət idi, qanun onun azadlığa buraxılmasını nəzərdə tuturdu. O, məhkum olunmayıb, üç övladı var. O, ailənin yeganə təminatçısıdır. O, şərti həbs müddətində idi, həbs lazım deyildi”, - Şubitidzenin vəkili deyir.
Aprel ayında Serqo Şubitidze “Formula” teleşirkətinə müsahibə verərək, 23 yaşlı Tamar Baçaliaşvilinin intihar versiyasına inanmadığını və işin saxtalaşdırıldığından şübhələndiyini bildirib. Bu fərziyyəni təsdiqləyən hallardan biri kimi o, Tamar Baçaliaşvilinin mobil telefonunun hallandırıb, onun sözlərinə görə, müstəntiq Elquca Apuaşvili onu möhürsüz vəziyyətdə iş otağına gətirib. Serqo Şubitidzenin dediyinə görə, ölən qadının telefonunu maşından çıxarandan sonra yəqin ki, iyulun 18-dək onu işə salıb və içindəki məlumatları siliblər. Hələ də Tetritskaro polisində işləyən Elquca Apuaşvili “Formula”ya deyib ki, o, “uzun müddətdir ki, işi bitirib” və Şubitidzeyə möhürsüz telefon çatdırmaq faktını xatırlamır.
Serqo Şubitidze müsahibə verdikdən sonra Kvemo Kartli Polis Departamentinin istintaq şöbəsinin baş müstəntiqi vəzifəsindən istefa verib. Tezliklə həbs olunub. Prokurorluq onu yalan ifadə verməkdə ittiham edib. Həbs edildikdən sonra Şubitidze törətdiyi cinayəti etiraf edib.
Tamar Baçaliaşvili 2020-ci il iyulun 18-də yoxa çıxıb. İyulun 22-də onun meyiti Tetritskaro bələdiyyəsinin Matsevani kəndi yaxınlığında park edilmiş şəxsi avtomobilində tapılıb. İş üzrə istintaq qanunsuz azadlıqdan məhrum etmə və intihara sürükləmə maddələri ilə başlansa da, cinayət əlamətləri olmadığı üçün 5 aydan sonra dayandırılıb. Baş Prokurorluq Tamar Baçaliaşvilinin intihar etdiyini açıqlayıb. Ekspertizanın rəyinə görə, ölümə səbəb narkotik dozası olub. Ailə və vəkillər əvvəldən intihar versiyasını təkzib ediblər, onlar Tamar Baçaliaşvilinin başqa yerdə öldürüldüyünü və avtomobilin daha sonra Matsevani ərazisinə aparıldığını güman edirdilər. Baçaliaşvilinin ailəsi və vəkilləri hesab edirlər ki, Serqo Şubitidzenin açıqladığı məlumat yenidən istintaq üçün əsas idi.