Zuqdidi rayon məhkəməsi “Gürcüstan Bankı”nın filialına hücumda ittiham olunan Badri Esebuanı təqsirli bilib və 13 il müddətinə azadlıqdan məhrum edib. Hökmü hakim Ekaterine Bebia oxuyub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Terror aktı törətməkdə, terror məqsədi ilə girov götürməkdə, zor tətbiq etməkdə, qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı qurğular almaq-saxlamaq-daşımaqda ittiham olunan Badri Esebua günahsız olduğunu bildirir. Bugünkü məhkəmə iclasında o, 2020-ci il oktyabrın 21-də, banka hücumun baş verdiyi gün Cixaşkari kəndini tərk etmədiyini iddia edib.
“Oktyabrın 21-də bütün günü evdə idim, bir-iki saat çöldə oldum, amma kənddən çıxmadım. Şəhərə çıxacaqdım, paltarımı geyindim, evdən çıxdım, dayanacaqda marşrut taksisini gözlədim, o da gəlmədi. Yarım saatdan çox vaxt keçdi. Bu zaman qonşu gəldi, qəbiristanlığa gedirdi və məni də götürdü. İki saata yaxın orada qaldıq. İkimiz də evlərimizə qayıtdıq”, - Esebua deyib.
Təqsirləndirilən şəxsdən qəbiristanlığa bərabər getdiyi qonşsunun kim olduğunu soruşduqda həmin şəxsin 2020-ci ilin dekabrında dünyasını dəyişdiyini bildirib. Esebua onun kimliyini açıqlamayıb.
Esebua gizlənməsinə səbəb kimi polis dostunun verdiyi məlumatı göstərib: “Bu xəbəri oktyabrın 23-də eşitdim. Bir polis dostum mənə dedi ki, sənin həmkəndlinin gəlib deyib ki, mən 70-80% hücum edənin kim olduğunu bilirəm və sənin adını çəkib. Ehtiyatlı ol. Polisə mütəmadi məlumat ötürən həmkəndlim deyib ki, məni hücum çəkən kimi tutduracaq və onu vəzifəyə təyin etsinlər”. Esebua “polis dostunun” da ad-soyadını hallandırmayıb.
Badri Esebua 2023-cü il, fevralın 8-də Zuqdidi bələdiyyəsinin Jixaşkari kəndində həbs edilib. Prokurorluğun məlumatına görə, o, 2020-ci il oktyabrın 21-də Zuqdidi şəhərinin Zviad Qamsaxurdiya prospektində yerləşən “Gürcüstan Bankı”nın filialına soxulub 43 nəfəri girov götürən odlu silah və əl qumbarası ilə silahlanmış maskalı şəxs, məhz, o imiş . Hücum edən şəxs girovların azad edilməsi müqabilində 500 min dollar və ərazini təhlükəsiz tərk etməsii üçün zəmanət tələb edib, əks halda girovları öldürməklə hədələyib. Danışıqlar təxminən yeddi saat davam edib. Gecə saatlarında Sameqrelo-Zemo Svaneti Polis Departamentinin o vaxtkı rəhbəri Avtandil Qaldava pulu ona gətirib, bundan sonra hücumçu onunla və 3 girovla birlikdə bank binasını tərk edib. Girovların dediyinə görə, Esebua onları Çxorotsku bələdiyyəsinin Kirtsxi meşəsində qoyub və pulla birlikdə yoxa çıxıb.
12 dekabr 2020-ci ildə polis Badri Esebuanın qardaşı Bidzina Esebuanı həbs edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat məlumatı əsasında onun gizlənən qardaşı ilə əlaqəsinin olması və müxtəlif əşyaların ona təhvil verilməli olması ehtimalı olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxsin avtomobilinə baxış zamanı 2 ədəd əl qumbarası, avtomat odlu silahının patronları, yataq çantası, ərzaq məhsulları və geyim əşyaları götürülüb. Bidzina Esebua qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğu gəzdirməkdə təqsirli bilinib. 2021-ci ilin iyulunda o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Badri Esebuanın özü 2023-cü il fevralın 8-də Cixaşkarida saxlanılıb, bundan sonra prokurorluq ona daha bir ittiham - odlu silah və sursatların alınması və saxlanmasını irəli sürüb. Məhkəmə Esebunu bu epizodda da təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edib.