Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda antiterror əməliyyatı çərçivəsində yüksək dəqiqlikli silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri və hərbi obyektləri sıradan çıxarılıb. Stefanakertdə hava xəbərdarlığı elan edilib. Qondarma Dağlıq Qarabağ Respublikasının ombudsmanının məlumatına görə, azı 25 nəfər, o cümlədən 2 mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb, o cümlədən 3 uşaq ağır vəziyyətdədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”, - Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 19-da səhər saatlarında yaydığı bəyanatda deyilir.
“Antiterror tədbiri”ni dayandırmaq üçün Azərbaycan prezidentinin administrasiyası erməni silahlı dəstələrini silahlarını təhvil verməyə çağırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycan “ermənilərin etnik təmizlənməsi” üçün əməliyyata başlayıb.
“Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın demək olar ki, bütün ərazisini bombalayır. Ermənistan heç kimə Dağlıq Qarabağda etnik təmizləmə aparmaq üçün mandat verməyib. Bəzi daxili və xarici qüvvələr Ermənistanı müharibəyə sürükləməyə çalışır. Mən bir daha təsdiq edirəm ki, Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağda deyil. Onlar bunu bacarmadılar. Nə qədər çətin olsa da, xüsusilə emosional baxımdan biz imkan verməməliyik ki, hansısa xarici və ya daxili qüvvələr Ermənistanın dövlətçiliyini təhdid etsin”, - Paşinyan qeyd edib.
Avropa İttifaqı Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.
Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ ərazisi Azərbaycanın bir hissəsi hesab olunur. Bölgədə əsasən etnik ermənilər yaşayır. Sovet hakimiyyəti illərində Qarabağ bölgəsi muxtar vilayətə çevrildi. 1988-ci ildə qarabağlılar Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsini istəyirdilər. Münaqişə 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrildi. Döyüşlər 1994-cü ilə qədər davam etdi və sonda bölgə Qarabağ ərazisində müstəqillik elan edən yerli ermənilərin nəzarətinə keçdi. Qarabağ Respublikası heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. 2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında 7 min əsgər və 170 mülki şəxsin həlak olduğu yenidən başlamış hərbi münaqişə Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması ilə sona çatdı. Bakı Dağlıq Qarabağ və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti bərpa etdi. Razılaşmaya əsasən Rusiya əsgərləri Qarabağ bölgəsində sülhməramlılar kimi yerləşdirildi.