Bakurianidə qar uçqunu altında qalan şəxs axtarılır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Borjomi bələdiyyəsinin Bakuriani qəsəbəsində qar uçqunu altında qalan şəxs axtarılır. Merin nümayəndəsi Ketevan Londaridzenin məlumatına görə, bir neçə nəfər qar avtomobilləri ilə Tsixisjvari istiqamətinə gedirmiş və bu vaxt qar uçqunu başlayıb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatlarında xilasedicilər və pilotsuz uçuş aparatları iştirak edir.

“Yanğınsöndürən-xilasedicilər və müvafiq bölmələrin nümayəndələri dağın yamacından yağan qar kütləsinin olduğu Borjomi bələdiyyəsinin Bakuriani qəsəbəsinə səfərbər olunub.

Mövcud məlumatlara görə, qar uçqunu altında bir nəfərin qaldığı ehtimal olunur, onun axtarış-xilasetmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Fövqəladə Hallara cavab üzrə baş bölməsinin dronları və xilasediciləri cəlb olunub.

Həmçinin, xilasetmə əməliyyatında iştirak etmək üçün əlavə xilasetmə qrupu ilə birlikdə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri artıq Tbilisidən uçuşa başlayıb”, - məlumatda deyilir.

Bakurianidə ötən günlərdə qar yağsa da, bu gün hava yağmursuzdur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur