“Beynəlxalq Büdcə Tərəfdaşlığı” (IBP) Gürcüstanın baş naziri İrakli Ğaribaşılinin martın 12-də “İmedi” telekanalında Gürcüstan hökumətinin büdcə şəffaflığı baxımından dünyada birinci yerdə olması ilə bağlı bəyanatı haqqında fikir bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin fikrincə, hər il çoxlu qeyri hökümət təşkilatları yaradılır. Onların fəaliyyəti və maliyyələri qeyri-şəffafdır. Digər tərəfdən, hər gün bu QHT-lər bizi daha çox şəffaf olmağa çağırırlar ki, bu da özlüyündə yaxşıdır və bizim hakimiyyətimiz, hökumətimiz dünyanın ən qabaqcıl hökumətlərindən biri hesab olunur və qabaqcıl demokratiyalar arasındadır, hətta büdcə şəffaflığı baxımından dünyada birinci yerdəyik. Qeyri-hökumət təşkilatlarının hesabına çoxlu maliyyə daxil olur. Hökumətimiz müstəqilliyi yenidən əldə etdikdən bu yana yüz milyonlarla dollar vəsait əldə ediblər. Onların məqsədləri, fəaliyyətləri qeyri-şəffafdır. Bizim bu haqda çox az məlumatımız var və biz cəmiyyətimiz qarşısında minimum şəffaflıq və minimum hesabatlılıq tələb etmişik.
“Açıq Büdcə Araşdırması”na görə, 2021-ci ildə Gürcüstan hökuməti büdcə şəffaflığı bölməsində 100 baldan 87 bal toplayıb və 120 ölkə arasında birinci yerdə olub. Onu 73 balla Rusiya, 63 balla Qazaxıstan izləyib. “Açıq Büdcə Araşdırması” çərçivəsində hökumətin ictimaiyyətə büdcə prosesinin müxtəlif mərhələlərində iştirak etmək imkanını nə dərəcədə təklif etdiyi də müəyyən edilir. Bu baxımdan Gürcüstanın 44 balı var idi. Tədqiqat həmçinin qanunverici orqanın və Ali Audit Qurumunun büdcəyə effektiv nəzarəti nə dərəcədə həyata keçirə biləcəyini müəyyən edir. Burada Gürcüstanın balı 74 olub.
IBP bəyanatında qeyd edir ki, Gürcüstanın baş naziri büdcə açıqlığı araşdırmasının nəticələrini yanlış şərh edir. Beynəlxalq təşkilat ölkənin güclü vətəndaş cəmiyyətinin müstəqilliyini məhdudlaşdıran qanun layihəsinə qarşı dinc etiraz aksiyası keçirən minlərlə insanı hökumətin dağıtmasından dərin narahatlığını ifadə edir.
“Biz minnətdarıq ki, Gürcüstan hökuməti qanun layihəsi gürcü xalqı tərəfindən geniş şəkildə pisləndikdən sonra onu rədd etdi. Buna baxmayaraq, Gürcüstanın baş nazirinin qanunu əsaslandırmaq üçün açıq büdcə araşdırmasında ölkənin yerini yanlış şərh etməsi bizi məyus edir. Bu araşdırmanın nəyi ölçdüyünü və nəyi ölçmədiyini aydınlaşdırmaq istərdik. Açıq Büdcə Sorğusu şəffaflığı, nəzarəti və hökumətin büdcə proseslərində cəmiyyətin iştirakını ölçür.
Gürcüstanın balı o deməkdir ki, hökumət əsas büdcə sənədlərində vaxtında və dolğun məlumat dərc edir. Lakin bu o demək deyil ki, Gürcüstan büdcə prosesindən kənarda ictimaiyyətlə tam şəffaf, hesabatlı və inklüzivdir. Həqiqətən də, müstəqil qiymətləndirmələr korrupsiyanın getdikcə daha yüksək səviyyədə olmasının narahatedici əlamətlərini göstərdi.
IBP Açıq Büdcə araşdırması aparmaq üçün yüzdən çox ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatları ilə işləyir. Tədqiqat nəticələrinin etibarlılığı və dəqiqliyi müstəqil, mütəxəssis vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə mümkündür. Mülki məşğulluqla məşğul olan kəslərin sərbəst və müstəqil hərəkət etmək imkanlarını məhdudlaşdıran hər hansı cəhd IBP-nin tədqiqat aparmaq imkanlarını məhdudlaşdırır.
Biz Gürcüstan hökumətinin şəffaflıq bəhanəsi ilə müstəqil vətəndaş cəmiyyətini məhdudlaşdıran drakonik qanuna haqq qazandırmaq üçün Açıq Büdcə Reytinqindən istifadə etməsini qəbul etməyəcəyik.
Güclü və müstəqil vətəndaş cəmiyyəti dövlət sektorunun açıqlığını və hesabatlılığını təmin etmək üçün vacibdir və demokratik cəmiyyətlər üçün mühüm ilkin şərtdir. Biz Gürcüstan hökumətini daha demokratik gələcəyə can atan xalqını dinləməyə çağırırıq”, - IBP qeyd edir.
Beynəlxalq təşkilat yazır ki, hökumətin etirazçılara qarşı qeyri-mütənasib polis gücündən istifadə etməsi Gürcüstanda dinc toplaşmaq və ifadə azadlığı üçün getdikcə daha az yerin qaldığına dəlalət edir.
“Gürcü arzusu”ndan formal olaraq ayrılan və özünü “Xalqın Gücü” adlandıran parlament çoxluğunun üzvləri xaricdən maliyyələşən, hökumətdən asılı olmayan media qurumları və qeyri-hökumət təşkilatlarının “agent” kimi qeydiyyatdan keçməsini tələb edən iki qanun layihəsinin təşəbbüskarı idilər. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində Ədliyyə Nazirliyinə qeyd olunan media qurumları və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatlarını emal etmək və 25 000 lari cərimə etmək səlahiyyəti verilirdi. “Xarici agentlərin qeydiyyatı” qanun layihəsində isə qanunu pozanların 5 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulurdu.
“Gürcü Arzusu” martın 7-də Rustaveli prospektində minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarını özü ilə bərabər gətirən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə 78 deputatın müsbət rəyi ilə qəbul edib. Bundan sonra Daxili İşlər Nazirliyi gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə etməklə dinc nümayişçiləri dağıdıb. Nümayişçilərin dağıdılması zamanı aldığı xəsarətlər nəticəsində mitinq iştirakçılarından birinin bir gözü görmə qabiliyyətini itirib. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir.
Vətəndaşların etirazları nəticəsində “Gürcü arzusu” rus qanunlarından imtina etmək məcburiyyətində qalıb – “Xarici təsirin şəffaflığı haqqında” qanun martın 10-da ikinci dinləmədə ləğv edilib, “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsi isə parlamentdən geri götürülüb.
Rusiya Federasiyasında “xarici agentlər” haqqında qanun 2012-ci ildən qüvvədədir və müstəqil medianı, vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün istifadə olunur.