Qiorqi Xubua “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin təsis etdiyi Kutaisi Beynəlxalq Universitetinin (KİU) rektoru təyin edilib. Bu barədə hökumət administrasiyasının açıqlamasından məlum olub. Baş nazir İrakli Kobaxidze bu gün, təhsil naziri Qiorqi Amilaxvari və Xubua ilə görüşüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Görüş zamanı söhbət Kutaisi Beynəlxalq Universitetində yeni təhsil proqramlarının hazırlanması planlarına toxunub.
Baş nazir universitetin yeni rektoruna uğurlar arzulayıb və hökumət adından dəstək vəd edib.
Xeyriyyə meqalayihəsinin - Kutaisi Beynəlxalq Universitetinin yaradılması ideyası Bidzina İvanişviliyə və onun ailəsinə məxsusdur. “Kartu” beynəlxalq xeyriyyə fondu universitetinin inkişafına xeyriyyəçilik şəklində bir milyard avrodan çox sərmayə qoyur”, - hökumətin saytında dərc olunan bəyanatda deyilir.
2019-cu ildən Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandre Tevzadzedir. Universitetin nizamnaməsinə əsasən, universitetin icraçı direktoru, yəni rektor Elmi Şuranın təqdimatı ilə Gürcüstanın Baş naziri tərəfindən 5 il müddətinə təyin edilir.
Qiorqi Xubua hüquq elmləri doktoru, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professorudur. 2006-2010-cu illərdə Xubua Universitetinin rektoru vəzifəsində çalışıb. O, TDU-nun kitabxanasından qiymətli kitabların itməsi ilə bağlı baş verən hadisələrdən əvvəl öz ərizəsi ilə rektorluqdan istefa verib. Bundan başqa, universitetin bir neçə əməkdaşı rektoru maaşların ədalətsiz bölgüsündə ittiham edib.
Müxtəlif dövrlərdə Qiorqi Xubua Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru və elmi işçi olub. O, 40-dan çox elmi əsərin, o cümlədən yeddi monoqrafiyanın və bir dərsliyin müəllifidir.