“Əgər kiminsə hardasa münaqişəsi olubsa, əminəm ki, bu münaqişə asanlıqla həll olunacaq”, - baş nazir İrakli Kobaxidze xüsusi təyinatlıların rəhbəri Zviad Xarazişvili (“Xareba”) və Kvemo Kartli qubernatorunun birinci müavini Qiorqi Şincikaşvili arasında baş verən qarşıdurma barədə məlumata belə münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistlər Kobaxidzedən Martkopi kəndində nə baş verdiyini, “heç kəsin içəri buraxılmaması”, “naməlum şəxslərin özbaşına postlar qurması”nın səbəbini soruşublar.
“Koviddir və karantin elan edilib. Heç nə olmurş Bütün bunları dramatikləşdirirsiniz. Əgər hər hansı bir istintaqa başlanılacaqsa, bunun üçün aidiyyatı qurumlar var, amma həddindən artıq dramatikləşdirmədən əl çəkin. Bu, müvafiq qurumların işidir. İstintaq başlanılasıdırsa, hər şeyə başlanılacaq.
Çoxlu zorakılıq halları üzrə istintaq başlanılıb. Vurğulamaq lazımdır ki, istənilən zorakılıq pislənməlidir, amma burada xatırlatmaq istərdim ki, zorakılığın konkret faktlarını romantikləşdirən sizin televiziyalarınız və siyasi partiyalarınız olub. Bu sizin əl yazınızdır ki, bu da özlüyündə çox pisdir. Zorakılıq zorakılığı doğurur. Dövlətin funksiyası hər şeyi araşdırmaq və öz məsuliyyətinə uyğun hərəkət etməkdir”, - Kobaxidze jurnalistlərə bildirib.
Yayılan məlumata görə, Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru Zviad Xarazişvili (“Xareba” ləqəbi ilə) ilə Kvemo Kartli qubernatorunun birinci müavini Qiorqi Şincikaşvili arasında münaqişə mövcuddur. Bu barədə reportajları “Pirveli TV” və “Mtavari Arxi” hazırlayıb.
“Pirveli”nin məlumatına görə, Şincikaşivlinin yaxın çevrəsinin üzvləri və “Xareba”nın dəstəsi Liloda, “Magnilia” restoranında bir-biri ilə şifahi qarşıdurma yaşayıb və bu küçədə dava ilə davam edib. Hadisə yerinə qeyri-rəsmi idmançı qrupu ilə birlikdə Qiorqi Şincikaşvili də gəlib və xüsusi təyinatlıların döyülməsində bilavasitə iştirak edib. “Pirveli”nin məlumatına görə, vitse-qubernatorun yaşadığı Martkopidə onlar təsdiqləyirlər ki, davadan sonra ikinci gün xüsusi təyinatlılar Şincikaşvilini axtarırmışlar və kənddə qara ciplərdən ibarət dəstə hərəkət edirmiş. İyunun 15-də “Pirveli”də yayımlanan xüsusi reportajda deyilir ki, Qiorqi Şincikaşvilinin tərəfdarları onun evinə gedən yolu maşınlarla bağlayıb və bununla da onu qoruyub. Elə yerindəcə çəkilən görüntülərdən də görünür ki, toplaşan kişilər “Pirveli”nin çəkiliş qrupunun hərəkətinə imkan vermir.
Keçmiş cüdoçu Qiorqi Şincikaşvili jurnalistlərlə ünsiyyətə çıxmır və iş yerində görünmür. “O, Qurcaanidə, bibisi ilədir. Yeri gəlmişkən, çiyələk yığırdılar. O, məzuniyyətə çıxıb və özü üçün... belə bir ailəmiz var, kənd yox, Gürcüstan bizi qoruyacaq... lazım gəlsə”, - Qiorqi Şincikaşvilinin atası bildirib. “Mtavari” və “Pirveli” teleşirkətlərinin məlumatına görə, Şincikaşvili ölkəni tərk edərək Türkiyəyə “qaçıb”.
Zviad Xarazişvili son aylarda rus qanunu əleyhinə nümayişlərin yatırılmasına rəhbərlik edib. Aprelin 30-na keçən gecə xüsusi təyinatlılar tərəfindən döyülən “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişvili bildirib ki, ona qarşı məqsədyönlü cəza tədbirini məhz Xarazişvili həyata keçirib. Daha sonra baş nazir İrakli Kobaxidze Zviad Xarazişvilinin əlində siyahının olması və mitinqlərdə “nakişiləri” döyməsi barədə açıqlamasını ironiya adlandırıb. “Mən düşünmürəm ki, bu, heç nəyi etiraf etmək deyildi”, - Kobaxidze bildirib.