Rus qanununa qarşı keçirilən aksiyada bu gün də parlament ətrafında olan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru, “Xareba” kimi tanınan Zviad Xarazişvili bildirib ki, o, “nakişiləri” döyür və onların siyahısı da var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən gəncləri döymürəm. Mən nakişiləri döyürəm. Siyahımız var. İndi, bir azdan sənə göstərəcəm... Nə sanksiya tətbiq etməlidirlər, ay qız. Kameranı o yana çək”, - Xarazişvili “Pirveli” televiziyasına deyib.
Zviad Xarazişvili “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvilini “daha pisinin” gözlədiyini də bildirib.
Tbilisidə rus qanununa qarşı aksiyaların dağıdılması zamanı xüsusi təyinatlılar və polis dinc nümayişçilərə dəfələrlə hücum edib. Daxili İşlər Nazirliyinin nümayəndələri nümüyişçi deputatları - “Vətəndaşlar” partiyasının lideri Aleksandre Elisaşvili və “Vahid Milli Hərəkat”ın sədri vLevan Xabeişvili, habelə mülki fəal Davit Katsaravanı sərt şəkildə döyüblər. Xabeişvilinin dediyi kimi, ona qarşı məqsədyönlü cəza tədbirini məhz Zviad Xarazişvili həyata keçirib. Bu zorakılıqlarla bağlı heç kim saxlanılmayıb, Xarazişvilinin səlahiyyətləri dayandırılmayıb.
“Axali” partiyasının lideri Nika Qvaramia mayın 1-də bildirib ki, “Saranqi” özəl mühafizə xidmətinin əməkdaşları aksiyaların reydində qanunsuz iştirak ediblər. Zviad Xarazişvili sözügedən şirkətdə 50% paya malikdir və ildə 30 min laridən çox gəlir əldə edir. Zviad Çoxonelidze “Saranqi”nin qalan 50% səhmlərinin sahibidir. O, baş nazir olduğu dövrdə Bidzina İvanişvilinin şəxsi mühafizəsinin üzvü olub.
Aprelin sonunda Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələr zamanı Zviad Xarazişviliyə və Patrul Polisi İdarəsinin direktoru Vaja Siradzeyə sanksiya tələbi də səsləndirilib. Avropa Parlamentinin deputatları həmçinin onların boynuna dinc nümayişçilərə qarşı repressiyalara görə də məsuliyyət qoyurlar.