Gürcüstan parlamentinin deputatı, “Vətəndaşlar” partiyasının lideri Aleksandre Elisaşvili hökumət dəxtərxanası qarşısında aksiya zamanı polislər tərəfindən döyülüb. Onun dediyi kimi, onlar patrul polis idarəsinin rəisi Vaja Siradzenin göstərişi ilə ona fiziki təzyiq göstəriblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vaja Siradzenin göstərişi ilə bir neçə polis məni dərhal dartıb apardı, bu zaman yıxıldım və məni yıxılmış vəziyyətdə vururdular. Sonra məni Daxili İşlər Nazirliyinin Didube şöbəsinə apardılar və bir neçə saat orada qaldım. Orada daha insani mühit var idi. Sonra klinikaya gəldim, çox ağrım var idi və məlum oldu ki, qabırğalarımdan biri sınıb”, - Elisaşvili “Formula” teleşirkətinə deyib.
Gecə saatlarında rus qanununa qarşı parlament binası qarşısında keçirilən aksiyanın minlərlə iştirakçısı hökumətin dəftərxanasına keçərək baş nazir İrakli Kobaxidze ilə görüş tələb ediblər.
Aleksandre Elisaşvili hökumət dəftərxanasına daxil olmağa çalışsa da, polis buna imkan verməyib. Videoda deputatın zorla polis maşınına mindirilərək aparıldığı görünür.
Bir neçə gün əvvəl Aleksandre Elisaşvili rus qanununun müəlliflərindən biri olan Mamuka Mdinaradze ilə fiziki qarşıdurma yaşayıb və komitədə müzakirələr zamanı qəfil onun sifətinə zərbə endirib. “Buna adekvat cavab veriləcək. İndi küçə üsulları ilə hədələmək fikrində deyiləm. Biz tam cavab verəcəyik”, - deyə hadisədən sonra Mamuka Mdinaradze bildirib. Parlamentin iclas zalında “Bir yumruq silkələyirsiniz? Onunu alacaqsınız! Bu hiylə və tamah heç kimin yanına qalmayacaq” deyə hadisəni “Gürcü Arzusu”nun deputatı Davit Matikaşvili də şərh edib. Parlament çoxluğunun üzvləri Nodar Turdzeladze, Şota Xabareli və Davit Kaçarava Elisaşvilini döyərək bədəninə xəsarət yetiriblər.