Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin iclasında “xarici agentlər haqqında” rus qanunu müzakirə edilərkən, “Vətəndaşlar” partiyasının lideri Aleksandre Elisaşvili parlament çoxluğunun lideri və qanunun müəlliflərindən biri Mamuka Mdinaradzeyə hücum edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Elisaşvili tribunanın yanında dayanan Mdinaradzenin başına yumruqla zərbə endirib. Videoda müxalif deputatın “Sənin rus...” sözləri eşidilir.
Parlament üzvləri arasında yaranan mübahisə səbəbindən komitənin iclası bir neçə dəqiqəlik fasilə verib.
“Mdinaradze qəşəng döyəcləndi. Mən ki, nə etmək lazımdırsa edəcəyimi demişdim? Tənbəllik vaxtı deyil, bizi Rusiyaya sürükləyəcəklər. Bu qanunu onların g******nə soxmalıyıq, biz ya gürcüyük, ya quluq və biz qul deyilik. Gördünüz, elə? Mdinaradzenin o rus “sifətinə” necə dəydi. Biz bu qanunu qəbul etdirməməliyik. Gürcüstanı kim sevirsə bayıra çıxsın, əhəmiyyəti yoxdur “naç”, “koç” nə əhəmiyyəti var, bizi Rusiyaya sürükləyəcəklər. Burada başqa heçnə yoxdur və bu qanun da daxil edilməməlidir”, - Elisaşvili hadisədən sonra deyib.
Hüquq Məsələləri Üzrə Komitənin sədri Anri Oxanaşvili müzakirəni bərpa etdikdən sonra müxalifətdən olan deputatları həmkarının “ləyaqətsiz davranışı”na münasibət bildirməyə çağırıb.
“Həmçinin hüquq müdafiəçiləri, əgər siz burada hüquqları qoruyursunuzsa, bu adamın tutduqlarına qiymət verin. İstənilən təxribata son dərəcə və ən sərt şəkildə cavab veriləcək”, - Oxanaşvili bildirib.
Bu gün, aprelin 15-də hakim partiya parlamentin Hüquq komitəsində müstəqil media və ictimai təşkilatlara qarşı istiqamətlənmiş qanun layihəsinin müzakirəsinə başlayıb. Parlament sədri Şalva Papuaşvilinin qərarına əsasən, onlayn media orqanlarının akkreditə olunmuş jurnalistlərinin qanunverici orqana daxil olması qadağan edilib. İclas başlamazdan əvvəl parlament müxalifəti “Gürcü Arzusu”nu qanun layihəsini geri götürməyə çağırıb.