Baş nazirin uçuşu üçün 34 min avronu onun atası ödəyib - Çubinidze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazirin qayınatası və atası Tamaz Tamazaşvili və Tariel Ğaribaşvili

Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəhbəri Anzor Çubinidzenin sözlərinə görə, Tbilisi-Münhen-Tbilisi çarter reysinin xərclərini baş nazir İrakli Ğaribaşvilinin atası Tariel Ğaribaşvili ödəyib. Çubinidze bu şərhi yalnız hökumətyönlü televiziyalara və ictimai yayımçıya verib.

“İctimaiyyətə təsdiq etmək istəyirəm ki, Tbilisi-Münhen-Tbilisi reysi ilə bağlı xərcləri nəzərdə tutan Xüsusi Dövlət Mühafizə Xidmətinin İctimai Hüquqi Şəxslərin Mühafizəsi Agentliyinin hesabına məbləğ daxil edilib. Məbləğ fərdi şəxs tərəfindən daxil edilib və bu məbləğ 34 min avronun laridəki ekvivalentinə bərabərdir. Məbləğ əvvəlcədən ödənilib və ona görə də, “Georgian Airways” aviaşirkəti bizə ətraflı xərclər siyahısı təqdim etdikdən sonra çox güman ki, bir qədər düzəliş ediləcək. Uçuşdan sonra adətən bir ay yarım vaxt tələb olunur.Təqdim olunar-olunmaz biz hesablaşmanı həyata keçirəcəyik. Ödənilən məbləğ cari xərcləri tam ödəyir və müəyyən müavinət də var.

Büdcə ödənişlərinə gəlincə, ictimaiyyətə təsdiq etmək istəyirəm ki, ilkin mərhələdə, tapşırıq verilərkən, ödənişin büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcəyi açıq şəkildə göstərilmişdi. Bu gün mən ictimaiyyətə təsdiq edirəm ki, heasblaşma şəxsi şəxs tərəfindən həyata keçirilib və bu şəxs Tariel Ğaribaşvilidir”, - Anzor Çubinidze bildirib.

2012-ci ilə qədər, “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər İrakli Ğaribaşvilinin atası Tariel Ğaribaşvili Tsiteltskaro kəndinin qəyyumu olub və heç bir biznesi olmayıb. Oğlunun daxili işlər naziri, sonra isə baş nazir olduğu dövrdə Tariel Ğaribaşvili böyük mülk sahibi olub.

“Pirveli” teleşirkətinin məlumatına görə, baş nazir İrakli Ğaribaşvili hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə edib. Baş nazir ABŞ-ın Pensilvaniya Universitetinə qəbul olan böyük oğlu, 18 yaşlı Nikoloz Ğaribaşvilini hökumət təyyarəsi ilə Tbilisidən Münhenə gətirib, oradan isə sərnişin təyyarəsi ilə ABŞ-a yola düşüb. Hökumət administrasiyası təsdiqləyib ki, baş nazir həqiqətən də Tbilisidən Münhenə uçmaq üçün hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə edib, lakin o, dövlət hesabına səfər etməyib.

Yüksək ictimai marağa baxmayaraq, İrakli Ğaribaşvili və ya hökumət administrasiyası hökumət təyyarəsinin istifadəsi üçün imzalanmış müqaviləni və xidmətin dəyərinin ödənilməsini təsdiq edən sənədləri hələ də dərc etməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur