“Batonebi” ilə bağlı rituala qeyri-maddi abidə statusu verildi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi tərəfindən “Batonebi” yoluxucu xəstəliyi ilə bağlı rituallara, mahnı və adətlərə qeyri-maddi mədəni irs abidəsi statusu verilib.

“Batnobi” uşaq yoluxucu xəstəliklərin (qızılca, su çiçəyi, qızılazar, göy öskürək) gürcü dilində ümumi adıdır. Mifoloji ensiklopediyaya əsasən “Batnobi” azyaşlı uşaq olan ailəyə qonaq gələndə onlara hörmətlə yanaşılar. Hər şey onların istəyinə görə edilər. “Batnobi” qırmızı rəngi sevir, ona görə də bu xəstəliklərə yoluxan uşağın otağı qırmızı rənglə bəzədilər, evdə səssiz gəzilər, ucadan danışılmaz ki, onların birtəhər könlünü alsınlar və evdən razı ayrılsınlar. Onlar üçün xüsusi mahnı oxuyurlar: "iav Nana, Vardov Nana, İavnaninao...".

Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin baş direktoru Nikoloz Aznauraşvilinin 30 dekabr tarixindəki əmrinə əsasən Mesxi mətbəxində Apoxti, Tsibo və Apoxti xəngəlinin hazırlanması və istifadəsi ənənəsinə də qeyri-maddi mədəni irs abidəsi statusu verilib. Bunlarla yanaşı status, həmçinin Mtsxeturi piroqunun  hazırlanması ənənəsi və onun mədəni kontekstinə, Gürcü buğda mədəniyyəti: adət-ənənələr və mərasimlərinə, Gelati Elmlər Akademiyasının ənənəsinə və Gürcüstanda məhsul yığımı ənənəsinə verilib.

Gürcüstan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına 2007-ci ildə qoşulub. Qeyri-maddi mədəni irs cəmiyyət, ayrı-ayrı qruplar, bəzi hallarda isə ayrı-ayrı şəxslər tərəfindən öz mədəni irsinin bir hissəsi kimi qəbul edilən adətlər, təqdimat və təsvir formaları, bilik və vərdişlər, həmçinin onlarla əlaqəli alətlər, obyektlər, artefaktlar və mədəni məkanlardır.

Gürcüstanın qeyri-maddi mədəni irs abidəsi siyahısında Kveviri şərabının hazırlanmasının qədim gürcü ənənəvi üsulu (2013-cü il 4 dekabr tarixində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.), perxuli rəqsi, berikaoba, Kaxuri papağının hazırlanma ənənəsi, 26 əsirlik unikal gürcü-yəhudi münasibətlərinin ənənənəsi, Qadınlar Şurasının fəaliyyət ənənəsi, gürcü dini nəğməsi, Svan pendirinin hazırlanması ənənəsi, zınqırovla dəfnin Svan mərasimi, “Pələng dərisi geymiş pəhləvan” əsərini əzbərə bilmək və.s mövcuddur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur