Batumidə azyaşlı tikintidən yıxılaraq həlak olub

Batumidə tikintidə işləyən 17 yaşlı oğlan hündürlükdən yıxılaraq həlak olub. Hadisə bu gün, iyulun 12-də baş verib.

Azyaşlı, Leonidze 15 ünvanında yerləşən Batumi Şota Rustaveli Dövlət Universitetinin yataqxanasının dam örtüyünün təmirində iştirak edərkən yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən uşaq ölü tapılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə istintaq başlayıb.

BDU tələbələrinin yataqxanasının fasadının və dam örtüyünün təmirini “Alliqator 1” MMC həyata keçirir. Aprel ayında dövlət universiteti ilə şirkət arasında 330 min lari dəyərində müqavilə imzalanıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur