Acarıstan Ali Şurasının deputatı, “Milli Hərəkat” partiyasının Batumi təşkilatının sədri Giorgi Kirtadze “Formula” televiziyasının canlı yayımı zamanı hücuma məruz qalıb. Hücum edən şəxs Kirtadzeyə yumurta atıb və vurub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Necə nə istiyirəm, yana çəkil. Canılı yayımda olsam nə olar? Sən Giorgi Kirtadze deyilsənmi,vətən xainisən sən. Əlini çək. Məni kim göndərdi yox... heç kim göndərməyib məni, azad ölkənin vətəndaşıyam. Nə adı ey?”, - Hücum edən şəxs onun şəxsiyyətini öyrənməyə çalışan Kirtadzeyə cavab verirdi.
Bir neçə dəqiqə davam edən qarşıdurma Vaxtanq Qorqaslı küçəsində, Rusiyayönümlü “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” partiyasının ofisinin yaxınlığında baş verib. “Formula”nın müxbiri Tamar Tediaşvilinin sözlərinə görə, “insident zamanı hücumçunu dəstəkləyən şəxslər “Alt-İnfo”nun ofisindən çıxdılar və təhqirdə onlar da iştirak edirdilər”.
Kirtadze hesab edir ki, hadisənin arxasında hökumət, xüsusən də Dövlət Təhlükəsizlik Xidməti dayanır: “Aydın görünürdü ki, təşkil olunmuş iş idi bu. Yoxsa bu adamın küçədə yumurtalarla gəzdiyini təsəvvür edə bilmirəm. Polis məntəqəsindən gələn o cavanlara heç nə etməmişəm, ancaq nəyin istintaqını aparsınlar?! Bu adam rəhbərlərinin verdiyi tapşırığı yerinə yetirirdi, yəqin ki, bu adama həyatımda heç rastlamamışam. Bunun arxasında yalnız Bidzina İvanişvilinin iradə və istəyinin icraçısı olan və bu ölkənin təhlükəsizliyi ilə heç bir əlaqəsi olmayan Dövlət Təhlükəsizlik Xidməti dayanır. Onların əsas fəaliyyəti müxalifətçi əhval-ruhiyəsində olan insanlara qarşı hücumlar, şantaj və ya müxtəlif fəaliyyət növləri həyata keçirməkdir. Polisə sorğu üçün gedəcəm və onlara çox yaxşı bildiklərini və canlı olaraq gördüklərini söyləyəcəyəm, amma təbii ki, bundan nəsə çıxacağına güvənim yoxdur”.
“Mühafizəkarlar Hərəkatı/Alt-İnfo” ofisi bildirib ki, Giorgi Kirtadzeyə yumurta atan şəxs partiyanın üzvü deyil, tərəfdarıdır. “O, təhqiramiz ifadələri -“putinistlər”, “satqınlar” - eşitdi və bunu emosional olaraq qaldıra bilmədi. Bundan sonra da əlbəyaxa baş verdi. Bir əl keçib getdi, yaxşı eşidəndəndən sonra yumurta tədarük edib gəldi və sonra da hadisə baş verdi”,- deyə “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo”nun Batumi ofisinin rəhbəri Qoqi Kadidze bildirib. Onun tərəfindən verilən informasiyaya görə, polis əməkdaşları iki partiya üzvünü dindirməyə aparıblar, hansılar ki, onun sözünə görə, aralayan rolunda idilər.
“Bu, dövlətin rusvari idarəçilik üsuludur, nə vaxt ki, bu cür aqressiv davranışdan başqa insanlara deyəcək heç nəyi qalmayır”, - “Vahid Milli Hərəkat”ın sədri Nika Melia Batumidə baş verən insidentə belə münasibət bildirib.
Xüsusi İstintaq Xidmətinin İstintaq İdarəsinin Acarıstan Muxtar Respublikası şöbəsi hücumla bağlı Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, hansı ki, siyasi fəaliyyətlə əlaqədar törədilən zorakılığı nəzərdə tutur, istintaq başladıb.