Batumidə “Retro” restoranının sahibi Teymuraz Varşanidze polis tərəfindən saxlanılıb. Onu ofisianta fiziki zorakılıqda ifşa edən video görüntülər restoran əməkdaşlarından biri tərəfindən lentə alınıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sosial şəbəkədə yayılan videonun fraqmentində restoran sahibinin işçilərlə necə danışdığını və onlara ultimatum verdiyini görmək olur.
“Burada nə qayda qoysaq, o da olacaq. Sərf etmir? Gedin! Qalxın və indi gedin! Məni boş yerə danışdırmayın. Əgər şirkət olaraq sizə dediyimizi etməyəcəksinizsə, elə indicə qalxın. Mən başa düşmürəm, məndən nə xahiş edirsiniz? İşə gəlin və sizndən nəyi necə tələb edirəmsə elə də edin. Sizin məndən xahiş etdiyiniz kimi etməməliyəm ki. Əgər tələbimi bəyənmirsinizsə, qalxıb getməlisiniz. Hansınızın şübhəsi var? Əgər şübhəniz varsa, elə indicə gedə bilərsiniz”, - restoran sahibi deyir.
“Sağlıqla qalın. Biz haqq-ədalətə müvəffəq ola bilmədik”, - deyə ayağa qalxıb binadan çıxmaq istəyən oğlan deyir. Göründüyü kimi haqsızlığa vurğu edilməsi restoran sahibini qıcıqlandırır: O, “Nə ədalətsizlik görürsən? Get burdan, indi sənə haqsızlığı göstərəcəyəm. Gör məni nə qədər təhqir edirsən, get burdan!” deyərək gəncə xitab edir, qolundan tutaraq qapıdan çölə atır. Qarşıdurma küçədə davam edib.
Videonu sosial şəbəkədə paylaşan keçmiş əməkdaş Maria Zoidze deyir ki, iyunun 3-də baş verən hadisədən əvvəl də restoranda heç bir “ədalət və insani rəftar” olmayıb.
“Əsas məsələ o zaman başladı ki, ruslar gələndən az sonra rus ofisiantları, rus dizaynerlərini və nə gürcü dilini, nə də ingilis dilini bilməyən rus psevdo-PR-lərini gətirdilər və bizim üçün zəhərli iş mühiti yaratdılar. Onlar işə götürüldükdən az sonra bu adamlar üstün kimi təqdim olunmağa başladılar və sahibinin rusiyayönümlü münasibətinə əsaslanaraq bizi daim aşağılayırdılar”, - Maria Zoidze deyir.
Video material ictimailəşdikdən sonra polis istintaqa başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Varşanidze Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə saxlanılıb.
Bu gün restorana işçilərin əmək hüquqlarının pozulmasını araşdırmalı olan əmək müfəttişliyi daxil olub.