Bayden və Makron “Gürcü Arzusu”nu Avro-Atlantik yola qayıtmağa çağırıb

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və Fransa prezidenti Emanuel Makron Gürcüstanın hakim partiyasını Avro-Atlantik yola qayıdaraq xalqının iradəsinə hörmət etməyə çağırıblar.

Normandiyada, müttəfiq qoşunlarının desantının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdikdən sonra iyunun 8-də Co Bayden və Emanuel Makron arasında görüş keçirilib. Ağ Ev və Yelisey Sarayının yaydığı bəyanata görə, prezidentlər Gürcüstanla bağlı da danışıblar.

“Fransa və ABŞ Avro-Atlantik istəklərində gürcü xalqının yanında olmaq qərarlarını təsdiqləyirlər. Prezidentlər hakim “Gürcü Arzusu” partiyasını Avro-Aatlantik yola qayıdaraq xalqının iradəsinə hörmət etməyə çağırırlar.

Hər iki ölkə Cənubi Qafqazda beynəlxalq hüquqa, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Onlar Cənubi Qafqazda regionda yaşayan insanlara fayda verəcək gələcək regional inteqrasiyanı dəstəkləyirlər”, - deyə bəyanatda vurğulanıb.

Emanuel Makron Gürcüstanda inkişaf edən hadisələrə “xarici agentlər” haqqında rus qanununun yekun təsdiqindən əvvəl də münasibət bildirib. Almaniya kansleri Olaf Şolzla birgə yaydığı bəyanatda əyanatda o, Gürcüstan hökumətinin Avropa yolundan yayınmasından narahatlığını ifadə edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur