Belarusda müstəqil medianın baş redaktoru və baş direktorunu 12-12 il müddətinə azadlıqdan məhrum ediblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Belarus məhkəməsi qapalı, ekstremist təşkilat elan edilən, müstəqil internet nəşri TUT.by-nin baş redaktoru Marina Zolotova və baş direktoru Lüdmila Çekinanı 12 il müddətinə azadlıqdan məhrum edib.

Yerli mətbuatın məlumatına görə, Zolotova media və internet vasitəsilə dövlət hakimiyyətinin ələ keçirilməsi və ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi çağırışları, habelə xarici dövlətlərə, xarici və beynəlxalq təşkilatlara müraciətlər, Belarusun milli təhlükəsizliyinə zərər vuran hərəkətlərlə əlaqədar materialların yayılmasında, Chekina isə məlum cinayəti təşkil etməkdə təqsirli bilinib.

Minsk Şəhər Məhkəməsi həmçinin Zolotovanı qəsdən sosial düşmənçiliyin və sosial mənsubiyyət zəminində münaqişənin qızışdırılmasına yönəlmiş hərəkətlərdə, Çekinanı isə bu cür hərəkətlərin təşkilində təqsirli bilib. Bundan əlavə, Çekina vergidən yayınmada təqsirli bilinib.

BBC-nin məlumatına görə, TUT.by 2020-ci il etirazlarını ətraflı şəkildə işıqlandırırdı və həmin aksiya zamanı onların 38 jurnalisti həbs olundu. Müstəqil mediaya qarşı cinayət işi 2021-ci ilin yazında qaldırılıb. Belarus hakimiyyəti nəşrin internet saytını bloklayıb və onu ekstremist elan edib. Daha sonra vergidən yayınma maddəsi ilə cinayət işi açılıb, TUT.by və əlaqəli şirkətlərin 16 əməkdaşı həbs edilib. Zolotova və Çekinadan başqa hamısı sonradan sərbəst buraxılıb. Qəzetin jurnalistlərindən biri, hüquqşünas və iqtisadiyyat və siyasət şöbəsinin redaktoru barəsində axtarış elan edilib. Onların hər üçü Belarus sərhədlərini tərk edə bilib.

Marina Zolotova və Lüdmila Çekina iki ildir ki, həbsdədirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb, Belarusun Dövlət Təhlükəsizlik Komitəsi isə onları “terrorçuluq fəaliyyəti ilə əlaqəli şəxslər” siyahısına daxil edib.

Hökm elan olunmazdan əvvəl Belarus dövlət telekanalında yayımlanan “Bye bye, TUT.bay” adlı təbliğat xarakterli filmə görə  TUT.bay 2010-cu ildən hökumət əleyhinə işləyib, 2013-2014-cü illərdə Kiyevdəki “Maydan”ı dəstəkləyib  və 2020-ci ildə onun rəhbərliyi ölkədə hakimiyyət dəyişikliyinə mərc edib. Təbliğat filminin müəllifinin sözlərinə görə, TUT.bay-ın oxucuları redaksiya manipulyasiyasının qurbanı və “qanunsuz” etiraz aksiyalarının iştirakçıları olub.

TUT.by Belarusun ən böyük müstəqil media orqanı idi.

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı (RSF) martın 17-də çıxarılan hökmə cavab olaraq bildirib ki, azad mətbuat prezident Aleksandr Lukaşenkonun ən böyük düşmənidir, Mariya Zolotova və Lyudmila Çekina isə azad mətbuatın simvoludur.

“Onlar heç bir şey etməyiblər. Biz beynəlxalq ictimaiyyəti Rusiyanın sadiq müttəfiqi olan Belarusa təzyiqləri artırmağa, onları və bütün digər həbs olunmuş jurnalistləri azad etməyə çağırırıq”, - RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Jan Kavelye bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur