Sərhədlərdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Belarusda yüksək terror təhlükəsi rejimi tətbiq edilib. Bu, Belarusun hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər, o cümlədən insanları saxlamaq, onların hərəkətini qadağan etmək və bütün kommunikasiyalara müdaxilə etmək imkanı verir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident Aleksandr Lukaşenko MDB ölkələrinin Qazaxıstanın paytaxtında keçirilən sammitində jurnalistlərə bildirib ki, Rusiya ilə Belarus arasında imzalanan sənədlər yüksək terror təhlükəsi rejiminin tətbiqini nəzərdə tutur.
“Bu, çoxdan yazılıb: eskalasiya ilə əlaqədar biz yüksək terror təhlükəsi rejimi tətbiq edirik. Buna görə də biz prosedurlara müttəfiq qoşunların yerləşdirilməsi ilə başladıq, bunun əsasını dediyim kimi, artıq Rusiya Federasiyasının bölmələri ilə tamamlanan Belarus ordusu təşkil edir. Hər şey plan üzrə gedir”, - Lukaşenko bildirib.
Bir neçə gün əvvəl Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə birgə regional qoşun qruplarının Belarusda yerləşdirilməsi barədə razılığa gəldiyini bildirib. Bundan əlavə, Lukaşenko bəyan edib ki, “Ukraynada sadəcə müzakirə etmirlər, onlar Belarus ərazisinə zərbələr planlaşdırırlar”. Ukrayna Xarici İşlər Nazirliyi bu ittihamı “Belarus rejimininə böhtan” adlandırıb və qeyd edib ki, Ukrayna heç vaxt xarici ərazilərə hücum etməyib, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edir.
Belarus Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqidir. Aleksandr Lukaşenko ölkəsinin müharibədə iştirakını yalnız oktyabrın 4-də təsdiqləsə də, orada heç kimin ölmədiyini deyib: “Biz hərbçiləri heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq. Belarus ərazisindən heç kim Rusiyanı arxadan vura bilməz. Bu, bizim iştirakımızdır”, - deyə o bildirib.