Gürcüstanın prezident aparatında hakim olmayan Ali Ədliyyə Şurasının üzvlüyünə ərizələrin qəbulu başa çatıb. Şurada bir vakant vəzifənin tutulması üçün beş ərizə verilib. Namizədlərin kimliyi hələlik məlum deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Prezidentin müsabiqədə iştirak edən namizədlərdən qanunla müəyyən edilmiş tələblərə cavab verən şəxslərdən birini öz istəyi ilə seçmək və Ali Ədliyyə Şurasının üzvlüyünə təyin etmək hüququ var. Yuxarıda deyilənlərə baxmayaraq, prezidentin qərarı ilə müstəqil seçim komissiyası yaradılıb. ... iyunun 21-də namizədlərin təqdim etdikləri məlumatlar əsasında və onlarla fərdi müsahibələr nəticəsində namizədlərin ixtisasını, nüfuzunu, müstəqilliyini və dürüstlüyünü qiymətləndirəcək və Gürcüstan prezidentinə namizədlər haqqında tövsiyələr təqdim edəcək komissiya yaradılıb”, - prezident administrasiyasından bildirilib.
Namizədlərlə müsahibəni aşağıdaki tərkibə malik komisiya keçirəcək:
- Quro İmnadze - “Sosial Ədalət Mərkəzi”;
- Ketevan Eremadze - İlia Universitetinin professoru, Konstitusiya Məhkəməsinin keçmiş hakimi;
- Besik Loladze - “Gürcüstan Milli Universiteti”nin professoru;
- Nona Kurdovanidze - “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın sədri;
- Tamar Laliaşvili - “Nyu Vijen Universiteti”nin professoru;
- Qiorqi Davituri - “İnformasiya Azadlığının İnkişafı İnstitutu”;
- Zurab Vardiaşvili - “Publika” nəşrinin direktoru.
Prezident 2024-cü il iyulun 15-dən gec olmayaraq hakim olmayan Ali Ədliyyə Şurasının üzvünü təyin edəcək.
Ali Ədliyyə Şurası keyfiyyətli və səmərəli ədalət mühakiməsini təşviq etmək üçün yaradılmış məhkəmə sisteminin əlaqələndirici orqanıdır. O, şəhər və apellyasiya məhkəmələrinin hakimlərini təyin edir, həmçinin Ali Məhkəməyə namizədləri seçib təsdiq üçün parlamentə göndərir. Şura 15 üzvdən ibarətdir, onlardan altısı hakim olmayan üzvlərdir. Prezident bir hakim olmayan üzvü təyin etmək səlahiyyətinə malikdir.
2020-ci ilin iyulunda Salome Zurabişvili Tamar Qvamiçavanı Ali Ədliyyə Şurasının qeyri-hakim üzvü təyin edib. Qvamiçavanın 4 illik mandatı bir neçə günə başa çatacaq.