“Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişvili İsveçrənin “Credit Suisse” bankına qarşı məhkəmə işini uduzub. Çirkli pulların yuyulması işi ilə bağlı istintaq il yarım davam edib və iş bağlanıb. “Bloomberg” nəşrinin məlumatına görə, Cenevrənin baş maliyyə prokuroru İv Bertosa tərəflərə məlumat verib ki, istintaq nə Patris Leskadron, nə də “Credit Suisse”də hər hansı üçüncü şəxs tərəfindən “çirkli pulların yuyulması” ilə bağlı heç bir sübut tapa bilməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bloomberg”in yazdığı kimi, bu, 2023-cü ilin martında “Credit Suisse”i alan və bir sıra hüquqi mübahisələri miras götürən İsveçrə bank nəhəngi “UBS” üçün ən yaxşı nəticədir.
Bidzina İvanişvili işin bağlanması qərarından apellyasiya şikayəti vermək niyyətindədir. Nümayəndəsinin sözlərinə görə, prokuror Bertosa “bu cinayətlərə “çirkli pulların yuyulması prizmasından deyil” Leskadronun günahkar olduğu məlum olan cinayətlər kontekstində baxılmalı olduğunu iddia edir.
“Biz müştəri əlaqələri menecerinin öz fırıldaqlarından əldə edilən gəlirləri gizlətməyə və yumağa hazır olduğunu göstərən sübutlara məhəl qoymayan əsaslandırma ilə qəti şəkildə razılaşmırıq”, - Bidzina İvanişvilinin nümayəndəsi “Bloomberg”ə bildirib.
“UBS” məsələ ilə bağlı şərh verməyib.
Bidzina İvanişvilinin “Credit Suisse” ilə mübahisəsi illərdir müxtəlif məhkəmələrdə davam edir. “Bloomberg”in yazdığı kimi, bank müşaviri Patris Leskadron ən iri maliyəli müştərisi, gürcü milyarderi Bidzina İvanişvilinin hesablarından milyonları qanunsuz olaraq digər müştərilərin portfelinə köçürərək itkiləri kompensasiya etmək üçün saxta imzalar və hətta müştəri hesablarından çıxarışlar düzəldib. Onun əməlləri 2015-ci ildə məlum olub və 2018-ci ildə o, çirkli pulların yuyulmasında və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib. 2019-cu ildə həbsdən çıxıb, 2020-ci ildə intihar edib.
İsveçrə bankı iddia edib ki, Leskadron təkbaşına hərəkət edib və saxtakarlığı həmkarlarından gizlədib.
2022-ci ilin martında İvanişvili Bermuda Ali Məhkəməsində “Credit Suisse”yə qarşı 607 milyon dollarlıq məhkəmə işində qalib gəlib və bankın Leskadronun saxtakarlığına məhəl qoymadığı məlum olub. 2023-cü ilin mayında Sinqapur məhkəməsi “Credit Suisse”ni İvanişvilinin xeyrinə 926 milyon dollar ödəməyə məcbur edib. Beynəlxalq Ədalət Məhkəməsi bəyan edib ki, bank müştərinin aktivlərini qorumaq öhdəliyini yerinə yetirməyib. Eyni zamanda izah edilib ki, İvanişviliyə ödəniləcək pulun yekun məbləği Bermuda qərarının, yəni məbləğin “ikiqaat konpensasiyası”nın baş verməməsi üçün azaldılacaq. “Credit Suisse” məhkəmələrin qərarları ilə razılaşmayıb.
Mediada yayılan xəbərlərə görə, Sinqapur məhkəməsində davam edən məhkəmə prosesində vəkillər Bidzina İvanişvilinin 2005-ci ildə “Credit Suisse”yə 1,1 milyard dollardan çox sərmayə qoyduğunu bildiriblər. Gürcü milyarder İsveçrə bankının onun aktivlərini qorumadığını və bunun zərərə səbəb olduğunu iddia edib.