“Bir illik magistratura proqramında bir mühüm yenilik də o olacaq ki, ona milli imtahansız da qəbul olmaq mümkün olacaq. Əgər abituriyent qrant almaq istəyirsə, o, yalnız bu halda imtahan verməlidir”, - Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Universitetlər biznesin idarə edilməsi/menecmenti sahəsində magistr proqramlarının müddətini bir ilə qədər azalda biləcəklər. Müvafiq olaraq, tələbələr 120 əvəzinə 60 kredit toplamalı olacaqlar.
Nazirin sözlərinə görə, bir illik proqramda “müəyyən məhdudiyyətlər” olacaq. Məsələn, magistr dərəcəsi aldıqdan sonra şəxs doktoranturada təhsilini davam etdirə bilməyəcək.
Dəyişikliklər bakalavr təhsil proqramına da şamil olunacaq. Təhsil nazirinin sərəncamına əsasən, ali təhsil müəssisələri biznesin idarə edilməsi istiqaməti üzrə 180 kreditdən az olmamaq şərtilə bakalavr təhsil proqramlarını həyata keçirə biləcəklər. Bu gün bakalavr proqramları ən azı 240 kreditdir və tələbələr bunu dörd il ərzində mənimsəyirlər.
Təhsil nazirinin sözlərinə görə, universitetlər məhdudlaşmayacaq və üç illik, dörd illik və ya hər iki bakalavr proqramının birgə həyata keçirilməsinə özləri qərar verəcəklər.
“Biz ilk mərhələdə yalnız biznes proqramları üçün üç illik bakalavr proqramının tətbiqi imkanını açırıq. Bununla belə, mən burada bəyan edirəm ki, biz bununla dayanmayacağıq və mümkün olan yerlərdə, müxtəlif istiqamətlərdə işləməyə davam edəcəyik”, - deyə Amilaxvari bildirib.
Onun sözlərinə görə, dəyişikliklər Avropa və Amerika praktikasına tam uyğundur.