Tbilisi meri və “Gürcü arzusu” partiyasının Baş Katibi Kaxa Kaladze hökumətin “gürcü qaydaları ilə oynayacağını” bildirib və deyib ki, Avropa İttifaqının Gürcüstana üzvlüyə namizəd statusu verməyəcəksə, onlar bunu “özlərində saxlaya bilərlər”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kaladzenin şərhi Avropa Parlamentinin üzvü Endryu Kubiliusun Gürcüstan hökumətinin Avropa İttifaqının qaydaları ilə oynamadığı təqdirdə status ala bilməyəcəyi barədə bəyanatından sonra gəlib.
“Bu, bütün bu müddət ərzində gördüyümüz oyunun və şantajın bir hissəsidir və ictimaiyyət də bunu görür. Gürcüstan hökuməti gürcü qaydaları ilə oynayacaq, ölkənin və xalqımızın milli maraqlarından çıxış edəcək. Hökumətimiz bu çətin yolda hər şeyi edib və edir. Ancaq namizəd statusunun verilməsi ilə bağlı onların tərəfdən siyasi qərar veriləcəksə, statusu verməsinlər və özlərində saxlasınlar”, - Kaladze jurnalistlərə bildirib.
Onun bəyanatına görə, Gürcüstan hökuməti onun Avropa Parlamentinin deputatlarını nəzərdə tutduğu sözdə dostları üçün məqbul deyil, çünki “müharibəyə qarışmayıb, ölkəmizin, xalqımızın mənafeyinə aid olan hər şeyi edir”.
“Bidzina İvanişviliyə qarşı baş verənlər sözün tam mənasında birbaşa reketçilikdir və Avropanın inkişaf etmiş ölkələrində bunun baş verməsi təəssüf doğurur, hara ki, nə bilim... həmişə deyirdik, demokratiyadan danışırdıq, can atırdıq, bir sıra qanunvericilik dəyişiklikləri edirdik, konkret addımlar atırdıq, amma bu gün gördüklərimiz, üzləşdiyimiz şey qətiyyən qəbuledilməz və narahatedicidir. Biz bəzi absurd qərarlar görmüşük ki, onlar heç də həqiqətə uyğun gəlmir.
2012-ci ildən hökumətimiz ölkəmizin Avropaya inteqrasiyası üçün konkret addımlar atır. Amma indi eşitdiklərimiz, hətta Sakaşviliyə münasibətdə ölkəmizə qarşı kampaniyaların aparılması, qətiyyən qəbuledilməzdir və bizim sözdə dostlarımız isə bu işdə birbaşa iştirak edirlər. Onların hər bir açıqlaması absurd, yalan, dezinformasiya üzərində qurulub”, - Kaladze qeyd edir.
Fevralın 14-də Avropa Parlamentinin üzvü Endryu Kubilius “Mtavari Arxi” telekanalının efirində bildirib ki, ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili kimi siyasi məhbusun olması Gürcüstan hökuməti üçün sınaqdır. Kubiliusun fikrincə, “Gürcü arzusu” Saakaşviliyə münasibətini dəyişməsə, bu, Gürcüstanın Avropa statusuna təsir edəcək.
Avropa Komissiyası Gürcüstan 12 tövsiyəni yerinə yetirdikdən sonra ona Avropa birliyinə namizəd statusu verməyə hazırdır. Avropa Komissiyasının tövsiyələri siyasi qütbləşmənin həlli, deoliqarxizasiya, məhkəmə islahatlarının aparılması, antikorrupsiya xidmətinin gücləndirilməsi, müstəqil şəxsin xalq müdafiəçisi olaraq seçilməsi və s. mövzulara toxunur. Avropa Komissiyası tövsiyələrin icrasına dair öz hesabatını 2023-cü ilin payızında təqdim edəcək.