Gürcüstanın Konstitusiya Məhkəməsində keçirilən iclasda hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, impiçmentin yekun məqsədi Salome Zurabişvilinin prezident postundan getməsidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İmpiçment prosedurunun başlanması siyasi qərardır. BIz 2022-ci ildə də siyasi bəyanat verdik ki, Gürcüstan prezidenti Gürcüstan Konstitusiyasını pozub. 2022-ci ilin aprelində, səhv etmirəmsə, səfərlərə razılıq almaq üçün hökumətə müraciət etdi, ondan imtina edildi və prezident yenə də müvafiq səfərləri həyata keçirdi, lakin biz o zaman bu siyasi qərarı qəbul etməmişdik çünki, müəyyən mərhələdə bu təcrübəni dəyişib və müəyyən müddət ərzində konstitusiyanı pozmamışdı. Onunla məsləhətləşmələr aparılıb və sonradan müəyyən səfərlərə razılıq verilib. Lakin siyasi qərar yalnız prezidentin Gürcüstan Konstitusiyasını pozması sistemli xarakter aldıqdan sonra qəbul edilib.
İmpiçment qaldırdığınız zaman, bizim nöqteyi-nəzərimizdən, bu o deməkdir ki, biz artıq Salome Zurabişvilini prezidentliyə layiq görmürük.
Kobaxidze prezidentin impiçmenti ilə bağlı təqdimatlarına baxılmasının bərpa olunduğu Konstitusiya Məhkəməsində bildirib. Hakim Eva Qotsiridze Kobaxidzedən impiçment proseduruna başlamaq üçün “Gürcü Arzusu”nun motivasiyasının nə olduğunu soruşub.
“Biz əvvəlcədən demişdik ki, 100 səs gözləmirik. Bizdə əsaslı ehtimal var ki, xanım Salome Zurabişvili müxalifətdən dəstək qazanmaq ümidi ilə Gürcüstan Konstitusiyasını pozur. Konstitusiya Məhkəməsi Konstitusiyanın pozulması ilə bağlı parlamentə müsbət rəy verəcəyi təqdirdə, bütün aidiyyatı deputatlar prezidentin impiçmentini dəstəkləyəcəklər. Bu, bizim siyasi niyyətimizdir”, - Kobaxidze bildirib.
Onun izahatına görə, impiçment prosedurunun başlanmasının siyasi motivlərlə yanaşı hüquqi motivi də var ki, Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin Gürcüstan hökumətinin müstəsna səlahiyyətlərinə müdaxilə edə bilməyəcəyi mövcud sistemin parlament olduğunu təsdiq etsin.
“Qərarınızın presedent dəyəri olacaq. Əgər nəzəri versiyanı fərz etsək ki, siz bu təqdimatı dəstəkləmirsiniz, parlament idarəçiliyi sistemi alt-üst olacaq”, - o, hakimlərə müraciət edib.
Konstitusiya Məhkəməsi prezidentin impiçmenti ilə bağlı rəyini oktyabrın ortalarına kimi hazırlayacaq. Məhkəmə prezidentin konstitusiyanı pozduğunu təsdiqləsə, prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentin 100 deputatının səsi lazımdır ki, bu da “Gürcü Arzusu”nda yoxdur. Parlament müxalifətinin bir hissəsi isə prezidentin impiçment prosedurunun başlanmasını ölkənin Avropaya inteqrasiyasına maneə və təxribat kimi qiymətləndirir və bunu dəstəkləmir.