Biz Avropa İttifaqı yolunda hansısa problem yaradacaq kəslər deyilik - Mdinaradze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bəli, bizi tənqid etdilər. Keçən il də bizi müxtəlif mövzularda tənqid edirdilər və biz namizəd statusunu bu tənqid fonunda əldə etdik”, - deyə parlament çoxluğunun lideri Mamuka Mdinaradze Hüquq Məsələləri üzrə Komitənin iclasında, rus qanununun müzakirəsi zamanı bildirib.

“Bizə bu ədalət bir az gec gəldi, amma biz bütün kriteriyalara cavab verdik və müvafiq olaraq statusu əldə etdik. Biz hərəkət edirik və nəticə əldə edirik. İndi nə desək də, necə qiymətləndirsək də, bizi tənqid edirdilər, bəli, amma sonda belə çıxır ki, dostlarımızla ortaq dil tapırıq”, - Mdinaradze davam edib.

“Lelo”nun üzvü Salome Samadaşvili çoxluğun liderinə müraciət edərək bildirib ki, xalqın etirazı nəticəsində “Gürcü Arzusu” rus qanununu geri götürməsəydi, ölkə namizəd statusunu almayacaqdı.

“Əgər siz o qanunu qəbul etsəydiniz, heç kim bu ölkəyə namizəd statusu verməzdi. İkinci dəfə nə üçün qaytarırsınız? İnsanlara demaqogiya ilə məşğul olduğunuzu izah edin. Bu qanunu qəbul etsəniz, Avropa İttifaqı ilə danışıqlara necə başlayacaqsınız? Bu suala cavab verin”, - Salome Samadaşvili bildirib.

“Namizəd statusunu, məhz belə - mübarizə, müzakirə yolu ilə  əldə etdik. Bu, sizin yalan hekayənizdir.

Biz hətta Aİ yolunda hansısa problem yaradacaq kəslər deyilik. İnanırıq ki, sərt münasibətimizlə, aydın, azad, müstəqil qərarlarımızla daha çox qiymətləndiriləcəyik, daha düzgün qiymətləndiriləcəyik və həqiqətən də bütün bunları bir ayaq üstə duraraq etməməliyik. Biz iki ayaq üstündə möhkəm dayanmalıyıq və onlar, dostlarımız, bütün bunları daha düzgün görəcəklər. Siz elə bilirsiniz ki, dostlarınızla kölə itaətkarlıqla danışmaq lazımdır, bizim isə münasibətimiz fərqlidir”, - deyə Mamuka Mdinaradze cavab verib.

Mdinaradzenin fikrincə, Gürcüstanda belə qanunvericiliyin qəbulu heç bir ölkəyə şərf etmir, çünki hər kəs öz məqsədlərini həyata keçirmək üçün nümayəndələrin olmasında maraqlıdır.

“Ona görə də belə bir hay-küy salınıb”, - Mdinaradze qeyd edib.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.

Aprelin 12-də Almaniya kansleri Olaf Şoltz  Gürcüstanın baş naziri ilə görüşü zamanı Gürcüstan parlamentinin “agentlər haqqında” qanunu qəbul etməyəcəyinə və necə ki Avropa İttifaqının, eləcə də Gürcüstan əhalisinin tənqidi mövqeyini nəzərə alacağına ümid etdiyini bildirib. Bundan əvvəl Avropa İttifaqının xarici işlər xidmətinin mətbuat katibi Piter Stano Gürcüstan hakimiyyətinə Avropa Komissiyasının 1-ci və 9-cu tövsiyələrini xatırladıb, ona əsasən hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətini təmin etməli və Avropa İttifaqı və onun dəyərlərinə qarşı dezinformasiya ilə mübarizə aparmalıdır.

Beynəlxalq tənqidlərə baxmayaraq, bu gün, aprelin 15-də hakim partiya parlamentin Hüquq Məsələləri üzrə Komitəsində qanun layihəsinin müzakirəsinə başlayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur