Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Oleksi Arestoviçin sözlərinə görə, çoxlu sayda Rusiya vətəndaşının Gürcüstana daxil olması fəlakətdir, xüsusən də nəzərə alsaq ki, Gürcüstanda “qərar vermək qabiliyyəti olmayan, Rusiyayönlü hökumət” var.

“Onlar Saakaşvilinin yaratdığı hər şeyi məhv etdilər - yenə rüşvətxor polislər, gürcülərin özləri deyirlər ki, hər şey satılır və s. Bu, təbii ki, milli təhlükəsizlik üçün böyük problemdir. Təsəvvür edirəm ki, xüsusi xidmət orqanlarında da, hökumətdə də olan vətənpərvərlər saçlarını necə yolurlar. Bunu necə həll etmək çox böyük problemdir”, – Arestoviç bu şərhi oktyabrın 2-də YouTube kanallarından birində müzakirə zamanı deyib.

Bundan əvvəl digər müzakirə iştirakçıları qeyd ediblər ki, Rusiya Gürcüstanın ilhaqına hazırlaşır və rus qaçqınları belə bir ssenari üçün zəmin yaradır. Arestoviç deyib ki, Ukrayna hərbçiləri Gürcüstanı xilas edəcək:

“Biz oraya gücü təqdim edəcəyik. Gürcüləri xilas etməli, Moldovanı xilas etməli, Ermənistanı xilas etməli və s. olacağıq. Hamını xilas etməli olacağıq. Bu yaxşı xəbərdir, çünki yaxın gələcəkdə milyonlarla gənc oğlan və qızlarımızın postsovet məkanında, sözün əsl mənasında, həmişə görəcəyi işlər olacaq - sülhməramlı, sabitləşdirmə əməliyyatları, humanitar əməliyyatlar və s. Hər şeyi qaydasına salmaq lazım gələcək”.

Müzakirələr zamanı Oleksiy Arestoviç qeyd edib ki, Ukrayna dünyanın ən döyüş qabiliyyətinə malik ordularından birinə malikdir və xüsusilə Rusiya parçalanmağa başlasa, daim tələb olunan resurs olacaq: “Mən bunu həmişə demişəm və indi də deyirəm: “Gəlin gücü təqdim edək, çünki əsgərlərin ardınca diplomatlar, diplomatların ardınca isə kapital gəlir. Bu bizim oyunumuzdur. Qaydaları biz yazırıq”.

Aretoviçi Gürcüstan hökumətinin və “Gürcü arzusu”nun nümayəndələri tənqid ediblər. Ədliyyə naziri Rati Breqadze bildirib ki, o, cinayət xarakterli bəyanatla çıxış edib və beynəlxalq hüququ anlamağı məsləhət görüb. “Gürcü arzusu”nun deputatı İrakli Kadagişvili Oleksi Arestoviçin açıqlamasını təhdid kimi qiymətləndirib: “Yeni imperialistlər gəlir, o zaman rus çəkməsi birinci gəlirdi, ardınca diplomatiya, idarəçilik, sonra isə Rusiyanın yenidən qurulması. İndi Arrestoviç-Ukrayna planı belədir. Mən bütün Ukraynanı demirəm. Gürcülər, yaxşı bilək ki, “Slava Ukrayna” döyüşçülər üçün nədir, Aretoviç üçün nədir. Burada çox kəskin fərq var”, - Kadagişvili bildirib.

Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani qeyd edib ki, yaxşısı budur ki, “Ukraynanın hazırda gürcü millətinə müdriklik aşılamaqla məşğul olan yüksək vəzifəli məmurları Ukrayna xalqına baxsınlar”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur