“Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq istəyi heç kəs üçün təəccüblü deyil, lakin, Abxaziyanın vəzifəsi dövlətçiliyi inkişaf etdirmək və möhkəmləndirməkdir”, - işğal olunmuş Abxaziyanın de-fakto Təhlükəsizlik Şurasının katibi Sergey Şamba Gürcüstanın baş nazirinin 2030-cu ildə vahid Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olmalı olduğu barədə bəyanatına münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Onlar 30 ildir bizi geri qaytarmaq istəyirlər, bir 300 [il] yenə istəyəcəklər. Aydındır? Buna kim təəccüblənir? Bu, onların xarici siyasət vəzifəsidir və bizim üçün yeni hal deyil. Abxaziyanın öz vəzifələri var, bu, müstəqil dövlət qurmaq, dövlətçiliyini inkişaf etdirmək və möhkəmləndirməkdir”, - Şamba Rusiya mətbuatına müsahibəsində bildirib.
De-fakto Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, “Abxaziya ilə Gürcüstan arasında çoxlu həll olunmamış problemlər var”.
“Vaxtı gələndə biz bunu müzakirə edəcəyik, hələlik buna hazırlığı görmürük, lakin biz konfederasiya və ya bu dövlətlə hər hansı digər münasibətləri müzakirə etmək fikrində deyilik”, - Şamba deyib və əlavə edib ki, 1992-ci il gürcü-abxaz müharibəsindən bir gün əvvəl abxaz siyasətçisi Taras Şamba münasibətlərin konfederal modelini nəzərdə tutan saziş layihəsini təqdim etdi, lakin bu layihə Abxaziya parlamentində müzakirə olunmalı olan gün Gürcüstanın Dövlət Şurasının qoşunları Abxaziya ərazisinə daxil oldu və müharibə başladı. “O vaxtdan bəri çox şey dəyişdi və indi biz bu barədə danışmırıq”, - Şamba qeyd edib.
O, həmçinin bildirib ki, 2008-ci ildə, Abxaziyanın müstəqilliyinin tanınması ərəfəsində Rusiya Gürcüstanla konfederal münasibətlər təklif etməyə çalışıb, lakin “sonra respublikanın hakimiyyət orqanları bundan imtina edib”.
“Biz Gürcüstana sabitlik və təhlükəsizlik arzulayırıq, onlar öz yolu ilə, biz öz yolumuzla gedirik”, - de-fakto hökumətin nümayəndəsi deyir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 26-da Müstəqillik Günü ilə bağlı tədbirdə çıxışı zamanı deyib ki, Gürcüstan “bir növ Musanın yolu”ndan keçir, onun fikrincə, bu, ölkəni mütləq “vəd edilmiş torpağa” çatdıracaq. “Bizim “vəd edilmiş torpağımız”, yəni gürcü arzusu, Gürcüstanın müstəqilliyinin bərpasının 40-cı ildönümündə – 2030-cu ildə vahid və güclü Gürcüstanda bizim abxaz və osetin qardaşlarımızla birlikdə yaşamaqdır və bu vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”, - deyə Kobaxidze bildirib.
İrakli Kobaxidzeyə işğal altında olan Tsxinvalidə də cavab veriblər. Qondarma Cənubi Osetiya Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, onlar Gürcüstana qoşulmaq barədə hər hansı söhbəti “qəti şəkildə qəbuledilməz” hesab edirlər.